Əsas Səhifə > Güney Press, Üçüncü sektor > FÜZULİ ƏLƏKBƏROVDAN JEST

FÜZULİ ƏLƏKBƏROVDAN JEST


23-05-2012, 16:35
FÜZULİ ƏLƏKBƏROVDAN JEST

NAZİR ÜÇƏZ UŞAĞIN DOĞULDUĞU AİLƏYƏ MƏNZİL VERDİ

Sabirabad şəhər sakinləri Əliyev Elşən Tağı oğlu və Əliyeva Səmayə Zəka qızının ailəsində 3 əkiz uşaq dünyaya gəlib. Bu münasibətlə və evsiz olması səbəbindən kirayədə yaşadığı nəzərə alınaraq, həmin ailəyə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən Sabirabad şəhəri, Heydər Əliyev prospekti, bina 15, mənzil 6 ünvanında yerləşən, müasir tələblərə uyğun yaşayış şəraiti olan 3 otaqlı mənzil, eləcə də zəruri məişət avadanlıqları hədiyyə edilib. Bu barədə Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Mayın 23-də əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov Sabirabad şəhərinə gələrək, üç əkiz uşaqlarının doğulması münasibətilə onların valideynlərinə və doğmalarına dövlət başçısının təbrikini çatdırıb və Azərbaycan Prezidenti adından yeni mənzili, habelə zəruri məişət avadanlıqlarını gənc ailəyə təqdim edib. Nazir bildirib ki, Prezidentin həyata keçirdiyi və respublikamıza misilsiz tarixi nailiyyətlər qazandıran uğurlu siyasətin mərkəzində məhz ölkə vətəndaşı, insan amili dayanır. Üç əkiz uşağın doğulduğu bu ailəyə göstərilən diqqət və qayğı da bunun daha bir əməli təsdiqidir. Eyni zamanda, bu ailə ünvanlı dövlət sosial yardımı ilə də təmin olunur. Bundan sonra da bu əkiz uşaqlar daim qayğı əhatəsində olacaq, onların sağlam və firavan böyüməsi üçün bütün lazımi işlər görüləcək.

Əkiz uşaqların valideynləri - Elşən və Səmayə Əliyevlər, onların doğmaları gənc Azərbaycan ailəsinə və gələcəyimiz olan uşaqlara göstərdiyi yüksək diqqət və qayğıya görə dövlət rəhbərinə minnətdarlıqlarını ifadə edərək, yeni doğulan əkiz övladlarını daim vətənə və dövlətə sadiq, cəmiyyətə layiq vətəndaşlar kimi böyüdüb tərbiyə edəcəklərini bildiriblər.


Geri qayıt