Əsas Səhifə > Şou-biznes > MÜĞƏNNİNİN QIZI SOYUNDU
MÜĞƏNNİNİN QIZI SOYUNDU15-09-2011, 16:06 |
VƏ BÜTÜN ÇİMƏRLİKLƏRDƏKİLƏRİ İYRƏNDİRDİ Dünya şou-biznesinin ulduzlarının əksəriyyəti pəhriz saxlayır, idman və trenajor zallarında məşq edirlər. Onlar fiqurlarının yaxşı görünməsinə çalışırlar. "Rolling Stones" qrupunun solisti, əfsanəvi müğənni Mik Caqqerin qızı Ceyd isə özünə əsla fikir vermir. Milli.Az xəbər portalı "Entertaiment"ə istinadən bildirir ki, 39 yaşlı zərgərlik dizayneri və sabiq modelin əndamı çox bərbad kökdə olduğundan paparassilər "iyrəndik" deyiblər. İspaniyanın Formentera adasındakı çimərlikdə Ceyd Caqqer soyunub və onu görənləri təşvişə salıb. Caqqerin arvadı, Avropa Şurasının konsulu, İnsan Hüquqları Fondunun üzvü və Beynəlxalq Gələcək Fondunun rəhbəri Byanka Caqqer bir vaxtlar çox gözəl modeldi. Onun qızı Ceydə baxanlar isə bunu deməyə çətinlik çəkirlər. Bədəni sellülit və piy qatları ilə örtülmüş Ceyd bu formada pozalar verməkdən çəkinmir. "Botoks iynələri vurdurmaq və ya üzümün dərisini dartdırmaq niyyətində deyiləm. Qadının həyatında elə dövr çatır ki, gəncliyinin artıq geridə qaldığını anlayırsan", - 39 yaşında 50 yaşlı qadın təki görürən Ceyd Caqqer deyib. Geri qayıt |