Əsas Səhifə > Partiya > POLİS MÜXALİFƏTƏ QARŞI REYDƏ BAŞLAYIB?

POLİS MÜXALİFƏTƏ QARŞI REYDƏ BAŞLAYIB?


24-05-2012, 11:52
POLİS MÜXALİFƏTƏ QARŞI REYDƏ BAŞLAYIB?

İSA QƏMBƏRİN MÜAVİNLƏRİ SAXLANILDI

Bu gün səhər Müsavat başqanının müavinləri - Gülağa Aslanlı və Tofiq Yaqublu polis tərəfindən saxlanılıb. Bu barədə musavat.com-a İctimai Palatanın mətbuat mərkəzindən xəbər daxil olub.

Xəbərə görə, Gülağa Aslanlı nəvəsini həkimə apardığı zaman, Tofiq Yaqublu isə Müsavat Partiyasına, işə gəldiyi vaxt saxlanılıb. İctimai Palatanın mətbuat mərkəzinin yaydığı məlumata görə, G.Aslanlı Nəsimi, T.Yaqublu isə Suraxanı rayon polis idarəsinə aparılıb.

Müsavat fuksionerlərinin bu gün İTV-nın qarşısında keçirilməsi nəzərdə tutulan aksiyaya görə saxlandıqları güman olunur. Dünən axşam onlar və BŞBPİ-nın İctimai Təhlükəsizlik Şöbəsinin Elçin və Mehman Əliyev adlı zabitləri tərəfindən idarəyə dəvət olunmuşdular.


Geri qayıt