Əsas Səhifə > Güney Press, Araşdırma > MÜXALİFƏTİN AKSİYASI BAŞLAYIR

MÜXALİFƏTİN AKSİYASI BAŞLAYIR


24-05-2012, 13:09
MÜXALİFƏTİN AKSİYASI BAŞLAYIR

BŞİH İSƏ MÜAVİNLƏRİN HƏBSİNDƏN XƏBƏRSİZDİR

İctimai Palatanın bu gün İctimai Televiziya qarşısında keçirilmsəi planlaşdırılan mitinqi artıq başlamaq üzrədir.

“Qafqazinfo”nun məlumatına görə, Müsavat partiyasının üzvü Bəxtiyar Tarıyev və AXCP-nin sədr müavini Asəf Quliyev polis tərəfindən saxlanılıb. Kanalın qarşısında çoxlu sayda yerli və əcnəbi jurnalistlər, həmçinin polis əməkdaşları var.

Məlum olduğu kimi, Polis Müsavat Partiyası başqanının müavinləri Gülağa Aslanlı və Tofiq Yaqublunu saxlayıb. İctimai Palatanın (İP) Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, G. Aslanlı Nəsimi, T. Yaqublu isə Suraxanı Rayon Polis idarələrinə aparılıblar.

Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Səhlab Bağırov isə APA-ya açıqlamasında adıçəkilən şəxslərin polis tərəfindən saxlanılması barədə məlumatların doğru olmadığını bildirib: “Bu barədə bizdə məlumat yoxdur”.
S. Bağırov Bakıda polisin hər hansı təşkilatın icazəsiz aksiya keçirməsinə imkan verməyəcəyini də vurğulayıb. O, qeyd edib ki, İctimai Palatanın bu gün keçirmək istədiyi icazəsiz aksiya ilə bağlı təşkilatçılar Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunublar: “Onlara xəbərdarlıq edilib. Bildirilib ki, Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiyaların keçirilməsi yolverilməzdir və polis buna imkan verməyəcək”.
S. Bağırov Bakı şəhər Baş Polis İdarəsinin şəxsi heyətinin paytaxtda ictimai-asayişin təmin edilməsi istiqamətində var qüvvəsi ilə çalışdığını, özünü İctimai Palata adlandıran qurumun asayişi və qanunçuluğu pozaraq icazəsiz aksiya keçirmək cəhdinin qarşısının qətiyyətlə alınacağını bir daha bəyan edib.
Qeyd edək ki, dünən İctimai Palatanın nümayəndələri - Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı, AXCP sədrinin müavini Asəf Quliyev, İctimai Palatanın Koordinasiya Şurasının üzvü İbrahim İbrahimli, Müsavat Partiyasının üzvləri Çingiz Əli, Fəzli Mehdiyev və İdris Əmiraslanov Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.
İdarədə adıçəkilən müxalifət partiyalarının nümayəndələrinə bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətlərinin qarşısında İctimai Palatanın saat 13.00-a təyin olunan aksiyanın təxirə salınmasına dair xəbərdarlıq edilib.


Geri qayıt