Əsas Səhifə > Partiya > QƏRBLƏ HAKİMİYYƏT ƏL-ƏLƏ

QƏRBLƏ HAKİMİYYƏT ƏL-ƏLƏ


17-10-2011, 13:14
QƏRBLƏ HAKİMİYYƏT ƏL-ƏLƏ

MQP-DƏN MARAQLI MÜNASİBƏT

DİA.AZ: - Milli Qurtuluş Partiyası Siyasi Şurasının növbəti toplantısı keçirilib. Bu barədə “Dünya” İnformasiya Agentliyinə verilən məlumata görə, toplantıda ölkədəki siyasi durum, etnik separatçı dairələrin MQP liderinə qarşı təhdidləri, siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi prinsipləri ilə bağlı Azərbaycan hakimiyyətinin və Venesiya Komissiyasının mövqeləri və cari məsələlər müzakirə edilib.

Müzakirə olunan məsələlər barədə MQP Mətbuat Xidmətinə açıqlama verən MQP başqanı Vüqar Bəyturan deyib ki, partiyanın rəhbər qurumu talış separatçılarının 12-13 noyabrda Ermənistanda “talışşünaslıq” mövzusunda konfrans keçirilməsinə etiraz edən bəyanatdan sonra ona ünvanlanan təhdidlərə qəti etirazını bildirib və müvafiq hüquq-mühafizə orqanlarından təcili tədbirlər görülməsini tələb edib.

MQP Siyasi Şurası partiyaların dövlət büdcəsindən maliyyələşməsi prinsipləri ilə bağlı Azərbaycan hakimiyyətinin və Venesiya Komissiyasının mövqelərini kəskin tənqid edərək, saxtalaşdırılmış seçkilər nəticəsində parlamentdə təmsil olunan partiyalar, eləcə də hesabına səs yazılmış ənənəvi müxalifət partiyaları maliyyələşərsə, qeydiyyatdan keçmiş 44 partiya kənarda qalarsa, bunu ədalətsizlik, siyasi monopoliyanın dəstəklənməsi və partiyaların hüquqlarının tapdanması kimi qiymətləndirib.

Vüqar Bəyturan partiyanın Siyasi Şurasının dövlət büdcəsindən maliyyələşmədə elan olunan prinsiplərin ənənəvi müxalifətə yaxın medianın, Qərbin və Azərbaycan hakimiyyətinin siyasi palitranın məhvinə yönəlik siyasətinin davamı hesab etdiyini bildirib, bu məsələ ilə əlaqədar hüquqları pozulmuş 44 partiyaya müraciət edərək, tədbirlər planı hazırlamaq barədə razılığa gəldiyini deyib.


Geri qayıt