Əsas Səhifə > Dünya > İSRAİLDƏN DAHA BİR HİYLƏ

İSRAİLDƏN DAHA BİR HİYLƏ


24-05-2012, 13:22
İSRAİLDƏN DAHA BİR HİYLƏ

“MAVİ MƏRMƏRƏ” OLAYINDA GİZLİ PUL TƏKLİFİ

İsrail “Mavi Mərmərə” hadisəsində zərər çəkənlərin ailələrinə gizli pul təklif edib.

“Habertürk”ün verdiyi xəbərə görə, “Mavi Mərmərə” hadisəsində zərər çəkənlərin ailələri ilə əlaqə yaradan İsrail hökuməti, 6 milyon dollar təklif edib və üzr istəyəcəklərini bildirərək, ittihamların geri götürülməsini istəyib. Lakin ailələr İsrailin təklifini rədd ediblər.

Basqında öldürülən 9 türk vətəndaşının ailələri və yaralananları təmsil edən vəkil Ramazan Arıtürk açıqlamasında bildirib ki, İsrail hökuməti təxminən 1 ay əvvəl bu təklifi onlara çatdırıb. Belə ki, 6 milyon dolların İstanbuldakı bir yəhudi vəqfinə köçürülməsi nəzərdə tutulub. Bundan əlavə, İsrail hökuməti baş verənlərə görə üzr istəməyə də hazır olduğunu bildirib. Bunun müqabilində isə milli və beynəlxalq məhkəmələrdəki ittihamlar geri götürülməlidir.

Ancaq Arıtürk bu təklifi rədd edib: "Biz Türkiyə dövlətinin üstündən keçərək belə bir təklifi qətiliklə rədd edir və onu əxlaqi baxımdan doğru hesab etmirik”.

İrəli sürülən təklifi və bu təklifin rədd etdiklərini XİN-ə çatdırdıqlarını qeyd edən Arıtürk deyib: “Onlar bu hərəkətimizin son dərəcə doğru olduğunu bildirərək bizə təşəkkür etdilər. Bu təklifi rədd etmək müvəkkillərimin birgə qərarı idi. Bu hadisə bəşəriyyətə qarşı işlədilmiş günahdır. Biz Türkiyədəki istintaqın tamamlanmasını və ittihamın irəli sürülməsini gözlədik. Hətta təzminat iddialarını belə təxirə saldıq. Əsas məqsəd bu cinayəti törədənlərin mühakimə olunmasıdır".


Geri qayıt