Əsas Səhifə > Sosial, Manşet > «BANK OF BAKU»DAN YENİ FIRILDAQ ÜSULU

«BANK OF BAKU»DAN YENİ FIRILDAQ ÜSULU


24-05-2012, 14:02
«BANK OF BAKU»DAN YENİ FIRILDAQ ÜSULU

BANKIN FİLİALLARINDA BORCU OLANLARA «BAŞQA NYƏİN VAR» TƏKLİFİ

DİA.AZ: - İranın xüsusi xidmət orqanlarının barmağı ilə hərəkət edən (bu iddia məşhur «VikiLiks» təşkilatının açıqladığı sənədlərdə yer alıb -red.) «Bank of Baku» ilə bağlı redaksiyamıza olduqca ilginc bir məlumat daxil olub. Bildirək ki, sözügedən məlumatı bir neçə gündür əldə etmişik və apardığımız araşdırmalar da deyilənləri təsdiqləyib.

Xatırladaq ki, Culian Assancın 2010-cu ilin dekabr ayında açıqladığı məxfi sənədlərdə vurğulanırdı ki, Azərbaycanda bir neçə bank qurumu, həmçinin «Bank of Baku» İranın gizli maliyyə çevrələri ilə əlaqədədir. Bu məlumatında Amerikanın ölkəmizdəki keçmiş səfiri xanım Enn Dörsinin ABŞ Dövlət Departamentinə ünvanladığı məktublarına istinad edən «VikiLiks» təşkilatından bildirirdilər ki, «Bank of Baku»nun xətti ilə hər ay İrandan ötürülən 5 milyon ABŞ dolları həcmində çirkli pullar təmizə çıxarılır.

Təbii ki, bu gün İranın Azərbaycana real münasibəti tam mənada ortaya çıxıb və artıq antiAzərbaycan ruhunun fars-molla rejiminin iliklərinə qədər işlədiyinə hər kəs şahidlik etməkdədir. Hətta belə bir şəraitdə də bəzi məmurlarımızın da ortaqlığına cəlb olunduğu, İranın xüsusi xidmət orqanlarına bağlı Oromi qardaşlarının payçısı olduğu «Bank of Baku» ilə bağlı hansısa tədbir görülmür. Əksinə, «bu bankın xalqdan taladağı pulların bir qismi Bakıdakı İran agenturasına ötürülür» kimi əsaslı ittihamlar da qulaqardına vurulur.

Belə bir şəraitdə təbii ki, vətəndaşların ciblərinin soyulması üçün günü gündən yeni fırıldaqlar ürətən «Bank of Baku» rəhbərliyini qınamaq doğru olmaz.

DİA.AZ-a məlumat verən vətəndaşlardan biri bildirir ki, onun sözügedən banka kredit borcu var: «Neçə müddətdir ki, maddi durumum pisləşdiyindən artıq kreditimi ödəyə bilmirəm. Banka girov qoyduğum maşından taksi kimi istifadə edirdim və 2 il ərzində həmin maşınım da bir neçə dəfə qəza keçirdiyindən, ciddi qiymətə getmir. Banka olan hazırki borcumun miqdarı isə 8 min manatdır. Maşınımı isə real olaraq 4500 dollara ancaq sata bilərdim. Artıq maşınımı da əlimdən alıblar və özləri də görüblər ki, real qiyməti borcumdan çoxdur. Ona görə də məni yenidən sıxmağa başlayıblar və mənimlə digər əmlakımın - evimin üzərində yeni müqavilə bağlamaq istəyirlər. Mən isə onlara bildirirəm ki, banka pulun müqabilində qoyulan əmlak, yəni risqə atılan əmlak maşın olub və bununla kifayətlənməlisiniz. Amma buna baxmayaraq məni yenə də sıxırlar və yeni müqavilə imzalamağa vadar etmək istəyirlər».

Hər halda, bu hadisəni biz bank tarixində «yenilik» kimi də qəbul etməliyik. Təbii ki, yaxşı mənada yox…


Geri qayıt