Əsas Səhifə > Partiya > FƏZAİL AĞAMALIDAN SƏRT REAKSİYA

FƏZAİL AĞAMALIDAN SƏRT REAKSİYA


27-05-2012, 11:17
FƏZAİL AĞAMALIDAN SƏRT REAKSİYA

AVP AVROPA PARLAMENTİNƏ SƏSLƏNDİ

Son aylar “Human Rights Wateh” və “Amnesty İnternational” təşkilatlarının intensiv xarakter daşıyan anti-Azərbaycan kampaniyasına Avropa Parlamentinin də qatılması təəssüf və təəcüb doğurmaya bilmir.

“Qafqazinfo”nun məlumatına görə, bu fikirlər Ana Vətən Partiyasının bəyanatında əksiib tapıb. Bəyanatda qeyd olunur ki, erməni lobbisi tərəfindən maliyyələşdirilən və təşkil olunan antiAzərbaycan kampaniyaları ölkəmizə şər, böhtan və iftiralar yağdırmaqda davam edir.

Respublikamızın güclənməsi, dövlətçiliyimizə və milli maraqlarımıza xidmət edən müstəqil xarici siyasətimizin verdiyi uğurlu nəticələr Azərbaycana düşmən kəsilən qüvvələri getdikcə daha da narahat etməkdə, dövlətimizə qarşı hücumları intensivləşdirməkdədir.

Erməni lobbisinin maliyyələşdirdiyi bir sıra QHT-i və bəzi siyasi qüvvələrin həqiqət yükünü daşımayan, böhtan dolu dosyeləri əsasında antiazərbaycan mahiyyətli qətnamənin qəbul edilməsi Avropa Parlamentinin imicinə böyük ləkə, bu quruma Azərbaycan arasındakı yüksək münasibətlərə ağır zərbədir.

Ana Vətən Partiyası iftira və böhtan mahiyyəti daşıyan bu tip qərəzli qətnamələri qətiyyətlə pisləyir və Avropa Parlamentinin qəbul etdiyi ədalətsiz qətnamədən imtina etməyə çağırır.


Geri qayıt