Əsas Səhifə > Şou-biznes > “AMMA HEÇ MƏNƏ ZƏNG DƏ ELƏMƏDİ”
“AMMA HEÇ MƏNƏ ZƏNG DƏ ELƏMƏDİ”27-05-2012, 12:17 |
MÜĞƏNNİMİZ SEVGİLİSİNDƏN AYRILIR Müğənni Elvin Abdullayev Bakı klinikalarından birində cərrahiyyə əməliyyatı olunmuşdu. Day.Az bildirir ki, o, yerli telekanallardan birinə öz səhhəti barədə açıqlama verərkən deyib: "Özümü bir qədər yaxşı hiss edirəm. Bütün əzizlərim yanımda idilər, bir tək sevgilim yox idi. Əməliyyat barədə bilirdi, amma heç mənə zəng də eləmədi". Müğənninin sözlərinə görə, münasibətlərində artıq bir aya yaxındır ki, soyuqluq yaranıb və onlar ayrılmağa qərar veriblər. Elvin buna görə sevgilisini qınamır, çünki sevgi olmadığı təqdirdə kimisə sevməyə məcbur etməyi düzgün hesab etmir. Qeyd edək ki, Elvin sentyabrda evlənmək istəyirdi. Geri qayıt |