Əsas Səhifə > Güney Press, Araşdırma > BİZİ QƏZƏBLƏNDİRƏN İRANLI KOMİK ÇIXDI

BİZİ QƏZƏBLƏNDİRƏN İRANLI KOMİK ÇIXDI


27-05-2012, 12:26
BİZİ QƏZƏBLƏNDİRƏN İRANLI KOMİK ÇIXDI

“ƏSGƏRNEJAD” KOD ADLI “AJAN”IN MƏZƏSİ

Norveçdə satirik proqram müəllifi olan Amir Asgharnejadın Eurovision Bakı finalından hazırladığı süjetlər (bax - video yazının altında) son günlər Azərbaycanda çoxlarını qəzəbləndirmişdi. İran mənşəli bu jurnalistin adı Bakıdakı anti-İran ovqatı ilə elə rezonans vermişdi ki, sosial şəbəkələrdən tutmuş telekanallara qədər yerli zəhmətkeşlərin “qəzəb və hiddət” səsi bəzən “Büllur Sarayın” musiqi sədalarını da batırırdı.

Hamı birağızdan onu söyür,
amma heç kimin ağlına da gəlmirdi ki, bu “İran jurnalistinin” kimi və haranı təmsil etməsini yoxlasın. Yəqin ki, xüsusi xidmətlər, google-lasaydılar, məlum olardı ki, Amir əslində, Norveç mediasında çalışısır. İran televiziyasının jurnasliti Bijan roluna girib Azərbaycanda baş verənləri şərh edir.

Bijan isə,
prinsipcə, Eurovision günləri Bakıdan reportajlar hazırlayan BBC, CNN və Al Jazzera reportyorlarının dediklərindən fərqli heç nə söyləmir. Yəni, Bakının heç də hər yeri bulvarın ətrafı kimi gözəl deyil, evlərin heç də hamısı Alov qülləri kimi parıldamır, adamların heç də hamısı gömrük əməkdaşları kimi xoşbəxt deyil və sair demoqoqluq...

Amirin qərbli həmkarlarından fərqi İran soyadında (lap İran prezidentinin familyası kimi səslənir) və əlbəttə sözünü zarafatla deməsində idi. Bakıda isə nə zarafat başa düşürlər, nə də İran hərləyirlər.

Ümumxalq nifrətinin intiqamı...
Amiri və onun çəkiliş qrupunun üzvlərini Heydər Əliyev aeroportunda haqlayır və qadasın aldığım mülki geyimli şəxlər bunlara hər şeyi yaxşıca... Camal Əlinin təbirincə desək, “başa salırlar”.

İndi bilmirəm, nə dərəcədə döğrudur, amma öz müsahibələrində Amir deyir ki, Baki aeroportunda bizi soyundurublar. Bizə İran (?) bayrağını tapladıblar, hədə-qorxu gəliblər və başqa hansısa oyundan çıxıblar.

Tamamilə razıyam.
Bəri başdan Azərbaycan rəsmiləri ilə razıyam ki, Norveç mətbuatının yazdıqları böhtandır, gözləri Azərbaycanın uğurlarını götürmür, Əli Kərimli aldığı qrantlardan onların cibinə pul basıb, Ermənistanın, ona dəstək verən İranın dəyirmanına su tökurlər və sair.

Amma, o ilahi qüvvələrdən bircə dua edirəm ki,
bir vaxtlar Qazaxstanın başına gələnləri Azərbaycan camaatı görməsin. İngilis komiki Sacha Cohen qazaxstanlı jurnalist Borat obrazını yaradandan sonra, Nazarbayev administrasiyasının və ölkə ictimaiyyətinin bütün səyləri Boratın bu ölkəyə aidiyyatının olmaması haqda Qazaxstan həqiqətlərinin dünyaya çatdırilmasına yönəlmişdi.

Və tapın görüm nə baş verdi?

Qazaxstan həqiqətləri Boratı və Coheni daha da məşhur edib, qazaxları daha da gülünc vəziyyətə qoydu.

Çünki Boratı başa düşən adam, Qazaxstana yox, Amerikaya gülür. Borat “Yəhudiləri quyuya tulla ki, mənim ölkəm azad olsun” deyə mahnı oxuyanda, və sadə amerikalılar da ona qoşulanda Qazaxstan heç kimin yadına düşmür. Hamı gülməli “qazax” Borata qoşulan, “ciddi” Amerikalılara gülür. Amma Qazaxstanın Amerikadakı səfirliyi mətbuat konfransı keçirib, Boratın uydurma şəxsiyyət olduğu haqda bəyanat verəndə, məcbursan indi də bir yol Qazaxstana güləsən.

İndi Bakı aeroportunda mayın 25-də baş verən hadisədən,
Agharnejada və daha 3 jurnalistə olan təzyiqlərdən sonra Norveçin NRK - dövlət teleradio şirkətinin rəhbərliyi, bu ölkəni Eurovisionda təmsil edən Toojini yarışdan geri çağırmaq istəyib. NRK-nun proqramlar direktoru Per Arne Kalbakk`ın sözlərinə görə, fikirlərindən ona görə daşınıblar ki, belə bir addım digər ifaçılara və Avropa Yayımçılar Birliyinə böyük problemlər yarada bilərdi.

Avropa Yayımçılar Birliyinin və Norveçlilərin problemi..
qalsın bir kənara, mən Azərbaycanı gözləyən təhlükədən yazmaq istəyirəm. Sonra deməyin ki, eşitməmişik...

Deməli, mart ayında Dubayda keçirilən idman yarışmasında Qazaxstan 1-ci yerə çıxdı. Təltif mərasimində, Qazaxtan bayrağı Sacha Cohenin filmində Boratın oxuduğu mahnının sədaları ilə qalxdı. Təşkilatçılar YouTube girib Qazaxtan himni axtarıblar, qarşılarına Borat filmindən saxta Qazaxstan himni cıxıb – çox düşünmədən istifadə ediblər.

DİLEMMA

Məncə, Amirin videosu gülməlidir. Süjetdə Bakı, Eurovision, onun iştirakçıları ilə yanaşı İran da ələ salınır (İranın Azərbaycana olan saymamazlığına işarə var). Əlbəttə, nə Amir Asgharnejad – Sacha Cohen, nə də Bijan – Borat deyil. Amma, Azərbaycan rəhbərliyi, Nazarbayevin administrasiyasına çox bənzəyir.


Müəllifin fikirləri onun şəxsi mülahizələridir

Dilim-dilimov – “Azadlıq” Radiosu

Geri qayıt