Əsas Səhifə > Partiya > RƏSUL QULİYEV 2013-CÜ İLƏ HAZIRLAŞIR

RƏSUL QULİYEV 2013-CÜ İLƏ HAZIRLAŞIR


27-05-2012, 12:45
RƏSUL QULİYEV 2013-CÜ İLƏ HAZIRLAŞIR

KEÇMİŞ SPİKER PREZİDENT OLMAQ FİKRİNƏ DÜŞÜB

Eks-spiker Rəsul Quliyev Norveçin paytaxtı Oslo şəhərində ALDP sədri Fuad Əliyev və sabiq müsavatçı Sülhədin Əkbərlə bir neçə günlük görüşlərinin nəticəsi ilə bağlı video-görüntüləri paylaşıb. Norveç parlamentinin qarşısında çıxış edən Rəsul Quliyev arxalarında duran parlamentin binasını göstərərək, 2013-cü il prezident seçkilərindən tutmuş, partiyasındakı dəyişikliklərlə bağlı sətiraltı mesajlar verib. Eks-spiker deyib ki, bir neçə gündür Fuad Əliyev və Sülhəddin Əkbərlə Azərbaycandakı mövcüd vəziyyət və çıxış yolları ilə bağlı müzakirələr aparıb və nəhayət, yekil fikrə gəliblər: «Biz 2013 prezident seçkilərinin daha azad, sərbəst keçirilməsi üçün qətiyyətliyik və bu istiqamətdə qətiyyətli addımlarımızı da atacağıq».

Daha sonra Rəsul Quliyev Sülhəddin Əkbərlə birgə gələcək fəaliyyətlərinin konturlarını verib: «Mən 20 ildir Sülhəddin müəllimi tanıyıram. Ona həmişə böyük hörmətim olub. Çox fədakar, mübariz bir şəxsiyyətdir. Çox ehtimal ki, yaxınlarda Açıq Cəmiyyət Partiyasının (ACP) rəhbərliyi yenidən kadr məsələsinə baxacaq. Sülhəddin müəllimlə ümid edirəm və əminəm ki, çox uğurlara nail olacağıq. Artıq o, birgə işləməyə də razılıq verib.Sözsüz ki, bir istiqamətə bir nöqtəyə vuracaq hədəfimiz olacaq. Əminəm ki, tezliklə cəmiyyətimiz, xalqımız bizim bir yerdəki fəaliyyətimizin təsirini hiss edəcəkdir».

Rəsul Quliyev ALDP sədri Fuad Əliyevlə də bağlı maraqlı faktlar açıqlayıb. O, partiya sədrinin atası ilə şəxsi dostluğunu qabardıb və deyib ki, Fuad Əliyevin atası onu qurğu rəisi təyin edib: «Amma bu o demək deyil ki, bizim aramızdakı münasibətlər buna görədir. Fuad müəllimi gənc yaşlarından tanıyıram. Bilirəm ki, o, xalqına necə bağlı insandır…».

Sonda Sülhəddin Əkbər də danışıb və o, Azərbaycanla bağlı Osloda geniş təhlillər apardıqlarını bildirib və əlavə edib ki, Azərbaycan xalqı Rəsul Quliyev faktorundan yararlanmalıdır: «Rəsul Quliyev elə siyasətçidir ki, o, Azərbaycanın həm hakim elitasını, həm də əks düşərgəni özündə birləşdirəcək liderdir, şəxsiyyətdir, ağsaqqaldır. Rəsul bəyin qeyd etdiyi kimi, biz bir yerdə işləmək qərarına gəldik və hesab edirəm ki, Azərbaycanda demokratiyanın qalib gəlməsi, Rəsul bəyin vətənə dönüb, seçkidə iştirak edəcəyini təmin edəcəyik».


Geri qayıt