Əsas Səhifə > Güney Press, Araşdırma > ANE BONDE MƏMURLARIMIZIA HEYRƏTLƏNİB

ANE BONDE MƏMURLARIMIZIA HEYRƏTLƏNİB


28-05-2012, 12:59
ANE BONDE MƏMURLARIMIZIA HEYRƏTLƏNİB

MƏMUR ETİNASIZLIĞI ƏCNƏBİLƏRDƏ TƏƏCCÜB YARADIB

Beynəlxalq İnsan Haqları Evləri Şəbəkəsinin təmsilçiləri – regional menecer Ane Bonde və regional əlaqələndirici Katerina Şpasova 2010-cu ildə daşqın baş verən zonaya səfər edərkən vəziyyətin təsəvvür etdiklərindən pis olduğunu görüblər.

Obyektiv.tv-yə müsahibəsində Şpasova deyib ki, insanlar burda sağlam şəraitdə yaşamır və dövlətin bu qədər ədalətsiz olduğunu təsəvvür etməzdilər. «Yüksək korrupsiya səviyyəsinin şahidi oldum və hakimiyyət təmsilçilərinin təbii fəlakətdən ziyan çəkənlərlə kompensasiya barədə söhbət etmək istəməməsindən təəccübləndim.

Ane Bonde xatırladıb ki, Beynəlxalq İnsan Haqları Evləri bu yaxınlarda “Kür” vətəndaş Cəmiyyəti Qərargahının həbs edilən əlaqələndiricisi, daşqından ziyan çəkənlərin hüququnu qoruyan Oqtay Güləliyevin müdafiəsinə qalxıb. «Belə nəticəyə gəldik ki, onun hüquqlarının müdafiəsi gücləndirilməlidir», deyə o bildirib.

Hüquq müdafiəçiləri regionda 40-a qədər zərər çəkəni dinləyiblər. Onlar bildiriblər ki, kompensasiya ala bilmirlər və məmurlar onların müraciətinə cavab vermirlər. «Hökumətə müraciət etmək üçün onları dinlədik. Həmçinin şəffaflığın olmamasının şahidi olduq», deyə Bonde qeyd edib.

Hüquq müdafiəçisi həmçinin məlumat verib ki, İnsan Haqları Evi hazırda vəkillərin ixtisasının artırılması üçün məsafədən təlim proqramına başlayır. «Eyni zamanda, istərdik ki, daşqından ziyan çəkənlər ixtisaslı hüquqi yardım əldə etsinlər», deyə Ane Bonde qeyd edib.


Geri qayıt