Əsas Səhifə > Sosial, Manşet > ARDNŞ ŞEFİ QUMARXANA İŞLƏDİR?
ARDNŞ ŞEFİ QUMARXANA İŞLƏDİR?28-05-2012, 13:06 |
BAYILDAKI «TOPAZ» MƏNTƏQƏSİ SAKİNLƏRİ NARAHAT ETMƏYƏ BAŞLAYIB DİA.AZ: - Məlum olduğu kimi, bu gün Azərbaycanda kazinolar və qumarxanalar rəsmən qadağan edilsə də, qumarın bir rəsmi növü də var ki, onun adına «futbol uduşu» deyilir. Əslində Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayevin çətiri altında fəaliyyət göstərən «Topaz» məntəqələri əslində bir qumarxanadır. Hər halda, pul qoyub, pul götürməyin başqa bir adı yoxdur. Və bu bir faktdır ki, Azərbaycanda fəaliyyət göstərən bütün «Topaz» məntəqələri əslində qumar xidməti göstərməkdədir. Tək qumarxana kimi fəaliyyət göstərsələr yaxşıdır. DİA.AZ-a şikayət edən bir qrup Bayıl sakini bildirir ki, onların yaşadıqları qəsəbədəki «Topaz» məntəqələrində təkcə futbol qumarı fəaliyyətdə deyil. Sakinlər bildirir ki, eyni zamanda digər qumar növləri də Bayıldakı «Topaz» məntəqələrində oynanılmaqdadır. Sakinlər bildirirlər ki, konkret olaraq Bayıl qəsəbəsi Aqil Quliyev küçəsində yerləşən «Topaz» məntəqəsi onların rahatçılığını pozmaqdadır: «Harda görünüb ki, «Topaz» məntəqəsi günboyunca işləsin? Aqil Quliyev küçəsində yerləşən bu «Topaz»da fasilə yoxdur. Səhərdən-axşama qədər cavan oğlanlar yığışır və yol ilə keçən qadın-uşağı belə nəzərə almadan küçə söyüşləri ilə bir-birilərini təhqir edirlər. Dəfələrlə yerli sahə müvəkkilinə, həmçinin «Topaz»ı işlədən şəxsə şikayətlənsək, də bizi eşidən yoxdur». Sakinlər bildirirlər ki, onlar indi də «Topaz»ların sahibi olan AFFA-nın rəhbəri Rövnəq Abdullayvə müraciət etmək istəyirlər: «Eşitmişik ki, «Topaz»lar Rövnəq müəllimə məxsusdur. Biz də bu tərbiyəsiz «Topaz» məntəqəsi barədə ona müraciət etmək istəyirik ki, ya qumarxananın fəaliyyətini birdəfəlik qadağan etsin, ya da konkret iş saatı müəyyən etsin». Sakinlərin sözlərinə görə, həmin obyekt təkcə «Topaz» məntəqəsi kimi fəaliyyət göstərməklə kifayətlənmir: «Bayıra stol-stul çıxarıb, həm də çayxana yaradıblar. Halbuki bütün ətraf yaşayış məntəqəsidir. Buna isə sahə müvəkkili göz yumur. Çünki özünün də futbola «stavka» etdiyi söylənilir. Həm də obyektin sahibi ona həftəlik haqq verir». Qarşı tərəfi də dinləməyə hazırıq. Mövzu diqqətimizdədir. Bizi izləyin… Geri qayıt |