Əsas Səhifə > Partiya > MÜXALİFƏT BAKIDA YÜRÜŞ KEÇİRDİ

MÜXALİFƏT BAKIDA YÜRÜŞ KEÇİRDİ


28-05-2012, 13:15
MÜXALİFƏT BAKIDA YÜRÜŞ KEÇİRDİ

İCTİMAİ PALATANIN AKSİYASINDA «RƏSULZADƏ-ELÇİBƏY!» ŞÜARI

28 May Respublika Günü münasibətilə İctimai Palatanın təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsinə doğru yürüş təşkil edib. Yürüşdə bu partiyaların üzvlərilə yanaşı, digər insanlar da iştirak ediblər. İştirakçılar «Azadlıq!» «Azərbaycan!», «Rəsulzadə-Elçibəy!» şüarları səsləndiriblər.

Ziyarətə AXCP və Müsavat fəalları ayrı-ayrı kolonlarla gediblər.

Aksiyaçılar əllərində «İnsanlara hürriyyət, millətlərə istiqlal!», «Sən bizimsən, bizimsən durduqca bədəndə can, yaşa, yaşa, çox yaşa ey şanlı Azərbaycan!!!» şüarı da tutublar.

AXCP sədri Əli Kərimli “Azadlıq” radiosuna deyib ki, bugünkü aksiyadan sonra bayramı hərə öz evində davam etdirəcək.

Müsavat partiyası başqanı İsa Qəmbər isə deyib: «28 may xalqın tarixində ən önəmli gündür. Təsadüfi deyil ki, xalqımız bu günün dəyərini diktaturanın ən ağır vaxtlarında yaşadıb. Bu ilki 28 may fərqli bir 28 maydır. Hər dəfə parlament seçkilərindən sonra adətən ölkədə siyasi sakitlik olur. 2010-cu il seçkilərindən sonra xalqımız azadlıq eşqini nümayiş etdirdi. Bütün bunlar gələcəyə inamla baxmağa sövq edir. İnanırıq ki, xalqımız həqiqi azadlığını əldə edəcək. Bu yolda mübarizəmiz davam edəcək».

Yürüş Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsi ətrafında toplantı ilə davam edib. Aksiyada Müsavat başqanı isa Qəmbər, AXCP sədri Əli Kərimli çıxış edib...


Geri qayıt