Əsas Səhifə > Partiya > “İQTİDAR BU YOLLA QƏRBƏ MESAJ GÖNDƏRMƏYƏ ÇALIŞIR»

“İQTİDAR BU YOLLA QƏRBƏ MESAJ GÖNDƏRMƏYƏ ÇALIŞIR»


28-05-2012, 13:27
“İQTİDAR BU YOLLA QƏRBƏ MESAJ GÖNDƏRMƏYƏ ÇALIŞIR»

TAHİR ABBASLIDAN İLGİNC MÖVQE

“Azərbaycan İran münasibətlərindəki gərginliyin real əsası yoxdur. Bu süni qurulmuş bir oyundur. Bu oyun Rusiya-İran cütlüyünün planıdır”. Bu fikirləri Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Tahir Abbaslı deyib.

Onun fikrincə, bu plan Azərbaycan iqtidarına da sərf edir. AİDP sədrinin sözlərinə görə, iki ölkə arasında gərginlik yaratmaqla regionda, konkret olaraq Azərbaycanda marağı olan Qərb dövlətlərini, ABŞ-ı, həmçinin hakimiyyətə cəhd edən qüvvələri çəkindirmək, qorxutmaqdır: “Bu vəziyyət Azərbaycan iqtidarına da sərf edir. Elə bu səbəbdən də üst eşalonda təmsil olunan şəxslər, Milli Məclis rəhbərliyi, millət vəkilləri vəziyyəti gərginləşdirən açıqlamalar verirlər. Yəni iqtidar bu yolla Qərbə İran kimi bir gücün qabağında durduğunu, hətta mübarizə apardığını göstərmək, başqa bir qüvvənin bu işi bacarmayacağını demək istəyir”.

T.Abbaslı hesab edir ki, Azərbaycanda insan haqlarının vəziyyətinə dair beynəlxalq tənqidi və təzyiqi önləmək üçün də bu iki ölkə arasında vəziyyətin gərginləşməsi iqtidara sərf edir.
AİDP sədrinin fikrincə planın məhz Eurovision mahnı müsabiqəsi ərəfəsində işə salınması da təsadüfi deyil: “Bu da bir fürsətdir. Hakimiyyətdəkilər bundan istifadə edib demək istəyirlər ki, baxın biz ölkəmizdə Avropa dəyərlərinin təbliği ilə məşğul oluruq, amma şər qüvvələr, konkret olaraq İran buna mane olur. Biz isə var-gücümüzlə İrana qarşı mübarizə aparırıq, sizin dəyərlərinizi qoruyuruq”.


Geri qayıt