Əsas Səhifə > Şou-biznes > “HƏTTA 100 MİLYON PUL VERSƏLƏR BELƏ”...

“HƏTTA 100 MİLYON PUL VERSƏLƏR BELƏ”...


28-05-2012, 13:35
“HƏTTA 100 MİLYON PUL VERSƏLƏR BELƏ”...

“ONLARIN KİM OLDUĞUNU AÇIQLAMARAM”

Türkiyəli sənətçilərlə çoxdandır dostluq edən müğənni Samir Piriyev bunu elə də açıb-ağartmır.

Bunun piar kimi qələmə veriləcəyindən ehtiyatlanan sənətçinin dost siyahısına nəzər saldıq. Müğənni Milli.Az-a məşhur «Hepsi» qrupunun üzvləri ilə dostluq etdiyini bildirdi. Samir Piriyevi həm sənətçi, həm bir insan olaraq bəyənən qrup üzvləri çoxdandır Bakıya gəlmək arzusundadırlar. Samirsə bu səfəri həm ziyarətə, həm də ticarətə çevirmək istəyir.

"Birlikdə konsert vermək niyyətimiz var. Amma mənim vaxt azlığım təşkilatı işlərlə məşğul olmağıma imkan vermir. Həm də mən sənətçi olaraq təşkilatı işləri elə də mükəmməl bacara bilmərəm. Əgər belə bir layihə baş tutarsa, konsert təşkilatçının boynuna, onları ev yiyəsi kimi qəbul etmək, Azərbaycanın səfalı yerlərini gəzdirmək isə mənim boynumadır», - deyən S.Piriyev dost üçün hər cəfaya qatlaşa bilən insan olduğunu xatırlatdı.

Amma o, özünə dost bildiyi məşhurların adından istifadə edib, gündəm qazanmağın təbiətinə yad olduğunu bildirdi.

«Mənimlə Türkiyədə olan bəzi sənətçilər oturub-durduğum insanları tanıyandan sonra təəccüb içində soruşublar ki, niyə bunu sənətimdə piar olaraq istifadə etmirəm? Əsla, bu mənə yad xüsusiyyətdir. Dostluğu piara çevirə bilmərəm. Zerrin Özərlə duetim 2 il əvvəl yazılmışdı. Amma mən onu bir müddət əvvəl ictimaiyyətə eşitdirdim», - deyən S.Piriyevin dost siyahısında Fərhad Köçərin də olduğunu eşitdik. Amma bu hələ hamısı deyil.

Sənətçinin dostlarından söz düşmüşkən, qeyd edək ki, Piriyevə Türkiyə şou-biznesinin sirlərini bilmək, orada tanınmaq üçün ağız açan yerli sənətçilərimiz olub. Türkiyədə müəyyən bir təcrübə toplayan müğənni bunu hər zaman bölüşməyə hazır olduğunu bildirdi.

«Hətta 100 milyon pul versələr belə, onların kim olduğunu açıqlamaram. Bu mənimlə onların arasında bir sirdir. Mənə etibar ediblər», - sənətçi dedi.


Geri qayıt