Əsas Səhifə > Dünya > TÜRKİYƏDƏ DAŞQIN OLUB
TÜRKİYƏDƏ DAŞQIN OLUB28-05-2012, 13:51 |
ƏDİRNƏDƏ SEL PROBLEMLƏRƏ SƏBƏB OLUB Türkiyənin Ədirnə bölgəsində yağan güclü yağış daşqına səbəb olub. Şəhərdən keçən çayın daşması nəticəsində yolları su basıb. Avtomobillər yollarda hərəkətsiz qalıb. Sakinlər avtomobillərin üstünə çıxaraq xilasediciləri gözləməli olublar. Yollarda qalan 26 sakini 2 saatdan sonra sel sularından xilas etmək mümkün olub. Sel suları bəzi evlərin zirzəmisinə də dolub. Türkiyənin paytaxtı Ankarada da axşam saatlarında başlayan şiddətli yağış avtomobillərin hərəkətini çətinləşdirib. Geri qayıt |