Əsas Səhifə > Şou-biznes > 47 YAŞLI AKTYORUMUZUN DURUMU AĞIRDIR

47 YAŞLI AKTYORUMUZUN DURUMU AĞIRDIR


29-05-2012, 13:05
47 YAŞLI AKTYORUMUZUN DURUMU AĞIRDIR

İLHAM ƏSGƏROV İŞƏ ÇIXMIR

Film dublyajı zamanı səhhəti qəflətən pisləşən xalq artisi İlham Əsgərovun vəziyyəti yaxşılaşıb. Aktyordan aldığımız xəbərə görə, artıq o, Mərkəzi Klinik xəstəxanadan evə göndərilib. Hazırda özünü yaxşı hiss etsə də baş gicəllənməsinin hələ də onu narahat etdiyini deyən xalq artisti hazırda məzuniyyətdədir: “Evdəyəm, müalicəmi davam etdirirəm. Çox çalışdığıma görə səhhətimə diqqət ayırmağa vaxtım qalmır. Ona görə də dubluaj zamanı başım gicəlləndi və halım pisləşdi. Hələ ki teatra getmirəm, məzuniyyət götürmüşəm. Başgicəllənməm keçməyib. Ayağa qalxanda başım gicəllənir”.

Qeyd edək ki, 47 yaşlı xalq artisti İlham Əsgərov iki il əvvəl beyin insultundan müalicə olunub. Həkimlər ona gərgin iş rejimindən uzaq olmağı tövsiyə ediblər.

Geri qayıt