Əsas Səhifə > Dünya > İRANDAN ETİRAF GƏLDİ

İRANDAN ETİRAF GƏLDİ


29-05-2012, 13:29
İRANDAN ETİRAF GƏLDİ

TEHRƏN ƏSƏD REJİMİNƏ DƏSTƏK VERİR

Britaniyanın “Qardian” qəzeti İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri İsmayıl Qənidən sitat gətirib. O, İSNA agentliyinə bildirib ki, İslam İnqilabı ordusunun “Qüds” xüsusi bölməsi Suriyada müxalifətlə qarşıdurmada Əsəd hökumətini dəstəkləyir.

“İran olmasaydı, Suriyada qırğın daha da miqyaslı olardı. İran qoşunları gəlməzdən əvvəl Suriya müxalifəti çox adam öldürmüşdü”, - Qəni mayın 27-də tələbələrlə görüşündə bildirib. Lakin onun müsahibəsi dərc olunduqdan sonra İSNA-nın saytından çıxarılıb.

Tehranın müxalifətlə mübarizədə Dəməşqə yardım göstərməsi ehtimalı hələ 2011-ci ilin martında, Suriyada qarşıdurma başlayan zaman yaranmışdı.

Ölkədə iranlı hərbçilərin olduğunu müxalifətdə olan silahlı birləşmələrin döyüşçüləri bildirmişdi. Ehtimal olunurdu ki, “Qüds”ün komandanı Kasem Süleymani hərbi dönəmdə Suriya hökumətinin tərkibinə daxil olub.

Geri qayıt