Əsas Səhifə > Sosial, Manşet > «BANK OF BAKU»NUN FƏALİYYƏTİNƏ QADAĞA
«BANK OF BAKU»NUN FƏALİYYƏTİNƏ QADAĞA29-05-2012, 14:06 |
RƏSMİ BAKININ BELƏ BİR ADDIMI ATACAĞI GÖZLƏNİLİR DİA.AZ: - Keçən günlərdə məlumat verərək bildirmişdik ki, Bakıda bir qrup sahibkar İranın antiAzərbaycan siyasətinə etiraz olaraq bu ölkənin istehsalı olan malların satışından və bu ölkə ilə ticari əlaqələrindən imtina etmək barədə qərar veriblər. Onu da bildirək ki, sözügedən sahibkarların başlatdığı kampaniyaya dəstək verənlər yetərincədir. Və əldə etdiyimiz məlumatlardan aydın olur ki, bu günlərdə hətta həmin sahibkarlar mətbuat qarşısına çıxaraq öz niyyətlərini rəsmən elan edəcəklər. Bu arada DİA.AZ redaksiyasına daxil olan məlumatlardan aydın olur ki, rəsmi dairələr də İranla ticarət əlaqələrinə yenidən baxma qərarı verib. Qeyd edək ki, neçə müddətdir ABŞ və bir sıra dünya dövlətləri İrana qarşı iqtisadi sanksiyalar tətbiq etsələr də, Azərbaycan bir ölkə olaraq bu sanksiyalara qoşulmurdu. İndi isə rəsmi Bakının həmin sanksiyalara dəstək verə biləcəyi söylənilir. Hətta bildirilir ki, ABŞ-ın adını «qara siyahısı»na saldığı «İran Melli Bank»ın Azərbaycanda fəaliyyəti də qadağan oluna bilər. Nazirlər Kabinetindəki məlumatlı mənbə idda edir ki, bununla bərabər İrana qarşı bank sektorundakı hərəkətlənmə bu ölkəyə aid kapitalın ortaq olduğu digər banklara qarşı da tədbirlər görüləcək: «Məsələn, «Bank of Baku», «XalqBank» və «Royal Bank of Baku» kimi bankların İranla əlaqələri tam aydındır. Və həmin bankların da ya fəaliyyəti durdurulacaq, ya da İrana aid pa satışa çıxarılacaq». Hələlik ilkin tədbirlərin «Bank of Baku»dan başlanılacağını bildirən mənbəmiz vurğuladı ki, bu banka qarşı əhali arasında da bir antipatiyanın olması (şərtlərinin ağır olması səbəbindən -red.) faktoru da xüsusi olaraq nəzərə alınacaq. Geri qayıt |