Əsas Səhifə > Güney Press, Araşdırma > RÖVNƏQ ABDULLAYEV LİVİYA MARAĞINI DANIR

RÖVNƏQ ABDULLAYEV LİVİYA MARAĞINI DANIR


29-05-2012, 14:55
RÖVNƏQ ABDULLAYEV LİVİYA MARAĞINI DANIR

ARDNŞ ŞEFİ NƏDƏN BELƏ EDİR?

ARDNŞ Liviyada aktiv almaq məsələsinə baxmır. Bu barədə ARDNŞ rəhbəri Rövnəq Abdullayev jurnalistlərə məlumat verib.

"Şirkət öz işçilərinin həyat və sağlamlığını riskə qoymaq istəmir", - deyə Abdullayev qeyd edib.

Mayın əvvəlində Azərbaycanın Liviyadakı səfiri Ağasəlim Şükürov Tripolidə bu ölkənin neft və qaz naziri Əbdürrəhman bin Yazza ilə görüşündə demişdi ki, ARDNŞ Liviyada SOCAR brendli YDM şəbəkəsi yarada, ya MM formasında, ya da Azərbaycan investisiyası ilə neft emalı zavodu tikə bilər. Səfir həmçinin naziri 5-8 iyunda Bakıda keçiriləcək XIX "Xəzər neft və qazı 2012" sərgi-konfransına dəvət etmişdi.

Bu məlumatı Azərbaycan XİN yaymışdı, yəqin ki, informasiya ARDNŞ ilə müzakirə edilmədən gündəliyə salınmazdı.

Hazırda Liviyada sabitlik tam bərpa edilməyib, amma Qərb şirkətləri karbohidrogen hasilatını müharibədən öncəki səviyyəyə çatdıra bilib. Vətəndaş müharibəsi zamanı hasilat həcmi sutkada 600 min barrelə düşmüşdü, indi bu göstərici 1,5 mln barreldir. Liviyanın neft terminalları olan sahil zonasında neft ixrac infrastrukturu, emal obyektləri başqa yerlərdəkindən daha sabit işləyir. ARDNŞ əvvəlcə daha sabit rayonlarda kiçik obyektlərdən başlaya bilər. Üstəlik, bütün obyektlərdə rəhbər menecment istisna, yerli personal işləyir.

Ona görə demək olmaz ki, ARDNŞ Liviyada aktiv əldə etmək istəmir. Bu bazarın perspektivi gələcəkdə yaxşı olacaq.


Geri qayıt