Əsas Səhifə > Güney Press, Üçüncü sektor > SAXTA İTTİHAM ÜZRƏ SAXTA ŞAHİDLƏR

SAXTA İTTİHAM ÜZRƏ SAXTA ŞAHİDLƏR


30-05-2012, 11:04
SAXTA İTTİHAM ÜZRƏ SAXTA ŞAHİDLƏR

"OQTAY GÜLALIYEVƏ PSİXOLOJİ TƏZYİQ GÖSTƏRİLİB"

Vəkil Yalçın İmanovun “Turan”a verdiyi məlumata görə, Sabirabad Rayon Polis Şöbəsi aprelin 8-də həbs olunmuş “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyevin hüquqlarını pozur: “Oqtay Gülalıyev hüquqlarını kobud şəkildə pozan Sabirabad polisinin müstəntiqinə ifadə verməkdən imtina edir. Çünki həbsdə saxlandığı müddətdə polis rəisinin müavini Rauf Məcidov və digər polis əməkdaşları onu döyüb.

Bizim etirazlara etirazlara baxmayaraq, Qurbanəli Quliyev mayın 22-də xüsusi seçilmiş şahidlərin iştirakı ilə istintaq aparmaq istəyib. Bu zaman Oqtay Gülalıyevə psixoloji təzyiq göstərilib. Müstəntiq Cinayət-Prosessual Məcəlləsinin tələblərinə zidd olaraq mayın 29-da yenə Oqtay Gülalıyevin işi üzrə istintaq aparmaq üçün Şüvəlandakı istintaq təcridxanasına bir neçə nəfər aparıb”.

Oqtay Gülalıyev aprelin 8-də Sabirabad rayonunun Minbaşı kəndində çay daşqınından ziyan çəkmiş vətəndaşlarla görüşü zamanı tutulub və ona 12 sutka inzibati həbs cəzası verilib. Aprelin 19-da isə Sabirabad Rayon Prokurorluğu Oqtay Gülalıyevə Cinayət Məcəlləsinin 220.2-ci maddəsi ilə (hakimiyyət nümayəndəsinin tələblərinə fəal şəkildə müqavimət göstərmə və kütləvi iğtişaşlara, vətəndaşlara qarşı zorakılığa çağırış) cinayət işi açıb və elə həmin gün məhkəmə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Apellyasiya instansiyası bu qərarı qüvvədə saxlayıb.


Geri qayıt