Əsas Səhifə > Sosial, Manşet > KƏRƏM HƏSƏNOVUN YERİNƏ NAZİR OĞLU GƏTİRİLİR
KƏRƏM HƏSƏNOVUN YERİNƏ NAZİR OĞLU GƏTİRİLİR30-05-2012, 11:53 |
KOMİTƏ SƏDRİ İDDİALARINI BİRDƏFƏLİK OLARAQ GÖMMƏLİ OLACAQ DİA.AZ: - «Əmlak Məsələləri üzrə Dövlət Komitəsində rəhbər dəyişikliyi planlaşdırılır». Bu şok məlumatı redaksiyamıza Nazirlər Kabinetindəki etibarlı mənbələr ötürüb. Məlumatda həmçinin o da bildirilir ki, Kərəm Həsənovun başqa bir vəzifəyə keçirilməsi də nəzərdə tutulub. Belə ki, komitə sədri proqnozlaşdırılanların əksinə olaraq karyerasında yüksəliş yox, eniş dövrünü yaşayacaq. Xatırladaq ki, buna qədər də Kərəm Həsənovun vəzifəsindən gedəcəyi haqda məlumatlar yayılmışdı və bildirilirdi ki, komitə sədri nəhayətdə çoxdankı arzusuna qovuşa biləcək. Söhbət onun iqtisadi inkişaf naziri postuna olan tamahından gedir. 2005-ci ilin 17 Oktyabr hadisələri zamanı Fərhad Əliyevin kadrı olmasına baxmayaraq, o zamankı iqtisadi inkişaf nazirinə qarşı qurulan planda baş rollardan birini icra edən Kərəm Həsənov, özünün yaxın dostunun vəzifəsini ələ keçirə bilməsə də, onun talan oluna əmlakından müəyyə qədər pay qoparmağa müvəffəq olmuşdu. Və həmin ərəfədə gözlənilirdi ki, Kərəm Həsənov nazir təyin olunacaq. Amma bu baş vermədi. Məlum oldu ki, hakimiyyətin üst düzəyi Kərəm Həsənovdan fərqli missiyada yararlanmağı məqbul hesab edir. Kərəm Həsənov isə buna qane olmayaraq, Fərhad Əliyevin yerinə təyin olunan Heydər Babayevə qarşı da kampaniyaya başladı. Həmin dönəmdə yerli mətbuatın yazdıqlarından belə aydın olurdu ki, hətta komitə sədri Heydər Babayevin nüfuzdan salınması, ona hakimiyyət düşərgəsində etimad yükünün azaldılması məqsədilə müxalifət mətbuatına aid qəzetlərdən birinə külli miqdarda pul da ötürübmüş. Və bunun da nəticəsində Heydər Babayevin şəxsi məclisində söylədiyi fikirlər ictimailəşdi, ardından da Heydər Babayev vəzifəsindən alındı. Amma bu da Kərəm Həsənov üçün nazir postunun qapılarının açılması anlamını daşımadı. Belə ki, Heydər Babayevdən sonra həmin vəzifəyə Kəmaləddin Heydərova yaxınlığı lə seçilən Şahin Mustafayev gətirildi. Əslində Kərəm Həsənovun bu gün hakim düşərgə içində kifayət qədər nüfuz sahibi olan fövqəladə hallar naziri ilə ayaqlaşması qeyri-mümkün idi. Və bununla Kərəm Həsənovun nazir postuna olan iddialarını birdəfəlik olaraq gömdüyünü söyləyən məlumatlı mənbə DİA.AZ-a verdiyi xəbərində bildirir ki, avqust ayında ƏMDK-də kadr islahatları həyata keçiriləcək: «Bu islahatların ilk qurbanı isə Kərəm Həsənovdur. Artıq onun dönəmi başa çatıb. Kifayət qədər şişmiş Kərəm Həsənovun hətta baş nazir kimi mövqelərə olan iddiaları hakim düşərgədəki ciddi çevrələrin qəzəbinə və ironiyasına səbəb olub. Hətta nüfuzlu məmurlardan biri bu iddianı ilk dəfə eşidəndə «ona deyin ki, yerində sakit otursun» şəklində ismarıc da yollayıb». Kərəm Həsənovun əslində fərqli səbəblərlə görəvinən alınacağını bildirən mənbəmiz bunları da əlavə edib: «Əsas səbəb hakimiyyətin yeni kadr islahatlarına qərar verməsi ilə bağlıdır. Kərəm Həsənovun yerinə nazirlərdən birinin övladı hazırlanır. Sonradan hətta həmin nazir oğlunun baş nazir postuna gətirilməsi planı da mövcuddur. Ki, bu da gələcəyin işidir». Geri qayıt |