Əsas Səhifə > Dünya > "WIKILEAKS"İN RƏHBƏRİ İSVEÇƏ VERİLİR

"WIKILEAKS"İN RƏHBƏRİ İSVEÇƏ VERİLİR


30-05-2012, 12:11
"WIKILEAKS"İN RƏHBƏRİ İSVEÇƏ VERİLİR

İNGİLİS MƏHKƏMƏSİ BU GÜN QƏRAR ÇIXARACAQ

Böyük Britaniyanın Ali məhkəməsi bu gün qalmaqallı "WikiLeaks" saytının rəhbəri Culian Asancın İsveçə ekstradisiya ilə bağlı apellyasiyası üzrə qərarı açıqlayacaq. Culian Assanc 2010-cu ildə İsveçə səfəri zamanı orada cinsi xarakterli bir sıra cinayətlər törətməkdə ittiham olunur. Xatırladaq ki, Culian Assanc "WikiLeaks" saytı ilə ABŞ hökumətinin yüzlərlə məxfi sənədllərini internetə sızdırmışdı. O, ekstradisiyaya dair prosesdə uduzsa, insan haqları üzrə Avropa məhkəməsinə müraciət edə bilər.

Assancın müdafiəçiləri isə ona qarşı işin siyasi motivlərlə açıldığını iddia edir. Belə ki, vəkillər İsveç prokurorlarının Assancın ekstradisiyasına dair müraciəti yalnız "Wikileaks" saytında məxfi sənədlərin dərc olunmasından sonra göndərdiyinə diqqəti çəkiblər.

Geri qayıt