Əsas Səhifə > Şou-biznes > ŞOK: “BU ŞƏHƏRDƏ”NİN ŞEFİNDƏN ƏHMƏDİNEJADA SÜRPRİZ

ŞOK: “BU ŞƏHƏRDƏ”NİN ŞEFİNDƏN ƏHMƏDİNEJADA SÜRPRİZ


30-05-2012, 12:22
ŞOK: “BU ŞƏHƏRDƏ”NİN ŞEFİNDƏN ƏHMƏDİNEJADA SÜRPRİZ

QALSTUK VƏ “GİLLETTE”...

“Bu Şəhərdə” teatrının ssenaristi və bədii rəhbəri Müşfiq Abbasov gündəlik həyatında da yumorundan geri qalmır. Gözəl səhnə həllini tapmış bir çox yumoristik novellaların müəllifi bu dəfə siyasi replika janrına müraciət edib. Bəlkə də onu bu addımı atmağa vətəndaşlıq mövqeyi məcbur edib. İstənilən halda, Müşfiq Abbasovun sosial şəbəkələrin birində yazdığı status diqqətləri üzərinə toplaya bilib. Onun rusca qələmə aldığı fikirdə (o, nədənsə həmişə rus dilində yazmağa üstünlük verir) deyilir: «предлагаю президенту �?рана Ахмадинежаду, на день святого Валентины подарить галстук и бритву gillette ))»

Göründüyü kimi, istedadlı ssenarist 14 fevral tarixini gözləmədən beynəlxalq “Sevgililər günü”ndə İran prezidentinə qalstuk və “Gillette” markalı üzqırxan bağışlamaq istəyir.

Geri qayıt