Əsas Səhifə > Cəmiyyət, Manşet > MEHDİYEV NAZİRİ BİTİRMƏK İSTƏYİR
MEHDİYEV NAZİRİ BİTİRMƏK İSTƏYİR17-10-2011, 16:34 |
PA RƏHBƏRİ MİSİR MƏRDANOVU KÜNCƏ SIXIŞDIRIR DİA.AZ: - Hakimiyyət içində ayrı-ayrı məmurların bir-birilərinə qarşı mübarizə aparmaları haqda məlumatlar daha da intensivləşib. Elə redaksiyamıza daxil olan informasiyada da vurğulanır ki, son zamanlar böhranlı günlərini yaşayan təhsil naziri Misir Mərdanov yenidən hakimiyyət içindəki qüvvələrin hədəf mərkəzinə çevrilib. Xatırladaq ki, bir neçə gün əvvəl Misir Mərdanovun görəvdən alınacağı haqda xəbərlər yayılmışdı. Lakin sonradan nazir «kəfəni yırta bildi». Nəticədə 3 müavini postunu itirməli oldu. Bir günün içində 3 müavini görəvdən alınan Misir Mərdanovun son durumunu izahlayan mənbələr vurğulayır ki, əslində TN şefinin əsas rəqibləri sıradan çıxarıldı. Xüsusən də söhbət Elmar Qasımovdan gedir. Xatırladaq ki, bir zamanlar Bakı Dövlət universitetində rektor köməkçisi vəzifəsini tutan və sonradan təhsil nazirinin müavini postuna təyin olunan Elmar Qasımovun gənc kadr kimi böyük perspektivə malik olduğu söylənilirdi. Hətta bəzi qaynaqlar 38 yaşlı nazir müavinini təhsil sisteminin potensial rəhbəri kimi də xarakterizə edirdilər. Amma fələyin çərxi tərsinə fırlandı və Misir Mərdanov yerində qaldı, onun yerinə adı şanslı namizəd kimi hallandırılan Elmar Qasımov isə vəzifəsini itirməli oldu. Hətta bir sıra qəzetlər Elmar Qasımovun barəsində cinayət işinin açılacağını da iddia edirlər. Buna səbəb kimi isə təhsil sistemindəki korrupsiya faktlarının tüğyan etməsini və bu işdə Elmar Qasımovun da adının çəkilməsini əsas gətirirlər. Bir sözlə, Misir Mərdanov bu gün problemlərini geridə qoymuş kimi görünür. Amma bunun sadəcə olaraq görüntü olduğu danılmazdır. Bu barədə “Dünya” İnformasiya agentliyini (dia-az.life) məlumatlandıran mötəbər qaynaq iddia edir ki, son günlər təhsil nazirinə qarşı Prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyev də cəbhə açıb. Bu barədə mənbənin söylədikləri: «Əslində Misir Mərdanovun vurulmasında yeganə maraqlı tərəf elə Ramiz Mehdiyevin özü idi. Və son həmlənin müəllifi də o idi. Amma Misir Mərdanovu himayə edən qüvvələr bu dəfə güclü çıxdı». Mənbə bildirir ki, Ramiz Mehdiyev amma yenə də Misir Mərdanovdan əl çəkmək niyyətində deyil: «Bu dəfə nazirə qarşı korrupsiya ittihamları daha da intensivləşəcək. Hətta nazirin yaxın qohumlarının belə bu işlə bağlı həbsi gözlənilir». Artıq Ramiz Mehdiyevin belə bir sifariş verdiyini iddia edən qaynağın sözlərinə görə, bu kimi gedişlərlə PA rəhbəri Misir Mərdanovun ətrafında çəmbəri daha da daraltmağı, enində-sonunda onun gedişinə nail olmağı düşünür: «Burada Ramiz Mehdiyev ona görə maraqlıdır ki, Misir Mərdanov artıq PA rəhbərinin kurasiyasından çıxıb. Artıq bir neçə ildir ki, Mehdiyev Mərdanova söz keçirə bilmir. Bu səbəbdən onların münasibətləri gərgindir». Geri qayıt |