Əsas Səhifə > Güney Press, Araşdırma > BÜDCƏDƏ NEFTİN PAYI KƏLLƏ-ÇARXA ÇIXIB
BÜDCƏDƏ NEFTİN PAYI KƏLLƏ-ÇARXA ÇIXIB30-05-2012, 12:25 |
HƏR HALDA 73,5 FAİZ YÜKSƏKDİR Məlumat verildiyi kimi, Milli Məclis 2012-ci ilin dövlət büdcəsinə dəyişikliklər edib, dövlət büdcəsinin gəlirlər və xərclər hissəsi 600 mln manat artırılıb. Beləliklə, 2012-ci ilin dövlət büdcəsinin gəlirləri 17 038 mln manat, xərcləri 17 672 mln manat olacaq. MM komissiyasının iclasında maliyyə naziri Samir Şərifov bildirib ki, ARDNF-dən transfertlər artırılmayacaq. Onun sözlərinə görə, büdcə gəlirlərinin əlavə hissəsi neft sektorundan 500 mln manat vergi mədaxili və qeyri-neft sektorundan 100 mln manat hesabına təmin ediləcək. İndiki büdcədə neft sektorundan 2 mlrd 130 mln, qeyri-neft sektorundan 3 mlrd 180 mln manat proqnozlaşdırılırdı. Nazir bildirib ki, 2012-ci ildə ARDNŞ neftiinn daxili və ixrac qiyməti arasında fərqdən büdcəyə 30 mln manat daxil olacaq. Onun sözlərinə görə, neftin proqnoz qiymətinin artırılması ARDNF-nin gəlirlərini 3,625 mlrd manat artıracaq. 2012-ci ilin dövlət büdcəsinə yenidən baxılandan sonra onun gəlirlər hissəsinin 73,5%-i neft sektoru hesabına təmin ediləcək. ARDNF-dən büdcəyə 9,9 mlrd manat köçürüləcək. Bu, büdcə mədaxilinin 58,1%-dir. Geri qayıt |