Əsas Səhifə > Partiya > İSLAM PARTİYASI HƏBSLƏRƏ REAKSİYA VERDİ
İSLAM PARTİYASI HƏBSLƏRƏ REAKSİYA VERDİ30-05-2012, 12:55 |
PARTİYA HAQSIZLIQDAN ŞİKAYƏTÇİDİR AİP mətbuat xidmətindən FaktXeber.com-a daxil olan bəyannatda deyilir: "AİP yarandığı gündən ölkədə, Azərbaycan xalqının həyatında baş verən proseslərə həmişə diqqətlə yanaşmış, vətəndaşların haqq və hüquqlarının vəzifələrini mənimsəmiş, xalqı kölə vəziyyətinə salmağa çalışan məmurların özbaşınalığına qarşı sözünü demiş və mübarizə aparmışdır. Şəxsi maraqlarını bütün qanunlardan, hətta milli-mənəvi dəyərlərdən üstün tutan, hətta bu dəyərləri aşağılıyanlar nifrətdən başqa bir şey qazanmadıqlarını hiss edir, sadə vətəndaşlara qarşı daha da aqressivləşirlər. Belə basqıları, hücumları, təqibləri Azərbaycan İslam Partiyası daha çox hiss edir, haqsızlığın acısını dadır. Ölkəmizdə keçirilən beynəlxalq mahnı müsabiqəsinin xalqımız üçün, onun milli-mənəvi, dini dəyərləri baxımından məqsədəuyğun olmadığına dair, hətta böyük qarşıdurma ilə nəticələnə biləcək üzdəniraq geyparadla başlanağacına partiya, o cümlədən xalqımızın dindar kəsimi qəti şəkildə sözünü dedi. Bəzilərinin isə bu arzusu ürəyində qaldığına görə siyasi quruma hücumlar davam etdirilir. Belələri hətta Milli Məclisin tribunasından özlərinə uyğun və özlərinə yaraşan ifadələr içlədərək geyparada qarşı çıxanlara etirazlarını bildirmişlər. İndi də ayrı-ayrı islamçılar polis şöbələrinə çağırılır, hədələnir, həbs olunurlar. Sahil qəsəbə sakini, AIP üzvü Elmxan Hüseynov bir neçə gündür ki, saxlanılıb, haqqında həbs qətimkan tədbiri seçilmişdir. E.Hüseynova narkotik daşıyıcısı kimi stereotip şər-böhtan ittihamı irəli sürülmüşdür. Azad fikrə, milli-mənəvi, islamı təəssübkeşliyi olanlara qarşı hücumlar heç də stabilliyin qorunmasına, demokratik prinsiplərin inkişafına xidmət etmir. Bu addımlar sadəcə cəmiyyət –hakimiyyət uçurumunu yaradır, dərinləşdirir. Ədalətsizlik nümunəsi kimi qiymətləndirılən addımlar hakimiyyətdə yerləşdirilən alaq otlarının qol-budaq atmasına, “burda mənəm Bağdadda kor xəlifə” iddiası ilə ömür sürməsinə, xalqa aşağılayıcı nəzərlərlə baxmasına səbəb olur. AİP olaraq xalqımızın təməl prinsiplərinə, mental dəyərlərinə xas olmayan fikir və düşüncələri rədd edir, hərəkətləri pisləyirik. Günahsız insanların təqib olunmasını, həbsdə saxlanmasını xalqımıza qarşı, onun sağlam, vətənpərvər qüvvələrinə qarşı qəsd kimi qiymətləndiririk. Geri qayıt |