Əsas Səhifə > Güney Press, Üçüncü sektor > HİLLARİ KLİNTONUN İKİNCİ QƏFİL GƏLİŞİ
HİLLARİ KLİNTONUN İKİNCİ QƏFİL GƏLİŞİ30-05-2012, 14:37 |
OBAMA ADMİNİSTRASİYASI AZƏRBAYCANDAN NƏ İSTƏYİR? Bir həftə sonra, 6 iyunda Bakıda növbəti, hər il keçirilən, ənənəvi energetika sərgi-konfransı zamanı ABŞ dövlət katibi Hillari Klinton Azərbaycan paytaxtına işgüzar səfərə gələcək. «Səfər bu məsələ iləmi əlaqədardır, doğrudanmı, enerji maraqları ABŞ üçün hələ də prioritetdir?», deyə ekspertlər sual verir. Klinton ikinci dəfədir Bakıya gəlir. İki il əvvəl, iyulun 5-də o, Azərbaycana ilk səfərini «Şərq qövsü» ölkələrinə: Polşa-Ukrayna-Azərbaycan-Ermənistan-Gürcüstana turne çərçivəsində etdi. Varşava Aİ Qonşuluq Siyasətinin təşəbbüsçülərindən biri olandan sonra burada Avropa İttifaqının Şərq siyasətində indiyəcən mühüm rol oynayır. İndiki tur qövsü Skandinaviya istiqamətində genişləndirdi - Danimarka-Norveç-İsveç-Azərbaycan-Ermənistan-Gürcüstan. Skandinaviya-Qafqaz zəncirinə İsveç – 2005-ci ildə qəbul edilən Avropa Qonşuluq Siyasətinin ikinci müəllifi daxil edildi. Səfər çərçivəsində demokratiya üzrə üç liderin və üç autsayderin birləşdirilməsi üç Cənubi Qafqaz ölkəsi ilə Qərb bilriyinin münasibətlərinin inkişafında yeni mərhələnin rəmzidir. Bakı, Tbilisi və Yerevanda Aralıq dənizi-Qara dəniz-Xəzər regionunda kəskin dəyişən geosiyasi xəritənin məntiqinə əməl edərək Klinton Qafqaz liderlərini avtoritar sistemlərin demokratiyaya təkamül etdirilməsini sürətləndirməyə çağırmalıdır. ABŞ administrasiyası Cənubi Qafqazda, xüsusən Azərbaycanda demokratiyanın inkişafından narazıdır. İki il bundan öncə müdafiə naziri Geytsin, dövlət katibi Klintonun və prezident Obamanın prezident Əliyevlə çox şey vəd edən nikbin görüşləri Azərbaycan cəmiyyətinə yeni demokratiya dalğası gətirmədi. Dəyişikliklərin xəbərçisi olan hadisələr: Brayzanın səfir təyin edilməsi, antikorrupsiya kampaniyasına start verilməsi, 10 jurnalistin azad edilməsi, insan haqlarının inkişafı sahəsində milli proqramın qəbul edilməsi gözləntiləri doğrultmadı. Səfir geri çağırıldı, türmələrə jurnalistlərin və ictimai fəalların yeni partiyası göndərildi, korrupsiya daha da gücləndi, insan haqları unuduldu. Rəsmi Bakının Qərblə münasibətləri xeyli pozuldu. “Avroviziya 2012” müsabiqəsinin gedişində bu, özünü aşkar göstərdi. Qərbin siyasi dairələri, ictimai təşkilatları və KİV-i rejimin dayaqlarına – konkret olaraq prezident Əliyevin ailəsinə ciddi imic zərbələri vurmağa başladı. Müsabiqənin son günündə Avroparlamentin və Dövlət Departamentinin bəyanatları ABŞ və Avropanın mövqeyinin eyniliyini, Avropanın Şərq Tərəfdaşlığı Siyasətində tərəfdaşlar arasında bütün dramatizmi göstərdi. Rəsmi Bakı bu qeyri-bərabər mübarizədə sifətini qorumağa cəhd edir, aşkarda təzyiqlərə tab gətirəcəyini göstərməyə çalışsa da, reallıqda sezilən konturlara əsasən, azadlıq və insan haqları məsələsində bir sıra güzəştlərə getməyə hazırdır. Siyasi cəhətdən ağır çəkili Morninqstarın Amerika səfiri təyin edilməsindən sonra vətəndaş cəmiyyəti ilə dilaoqun uzadılması Əliyevin mövqeyinin yumşalmasını və Vaşinqton və Brüssellə bir il öncə iflasa uğrayan dilaoqun bərpasına hazırlığını göstərir. Klintonun səfəri Azərbaycanda prezident seçkilərinə bir il qalmış baş turur. Qərbdə ona maraq “Avroviziya”dan daha çoxdur. Məhz seçkiöncəsi siyasi vəziyyət Azərbaycanın Qərb camiəsi ilə ikitərəfli münasibətlərinin gündəliyini diktə edəcək. Bu münasibətlərin hansı platformada qurulacağını “Avroviziya”da Qərb KİV-nin tənqidi aksentlərindən anlamaq çətin deyil. Bu məqalə bilərəkdən Klintonun gündəliyinin digər vacib məsələsindən yan keçdi. İran məsələsi, enerji, münaqişə son günlər Avropa və Amerika siyasətçilərinin ritorikasında ikinci plandadır. Geri qayıt |