Əsas Səhifə > Siyasət, Manşet > HAKİMİYYƏTİN MÜXALİFƏTİ PARÇALAMA PLANI

HAKİMİYYƏTİN MÜXALİFƏTİ PARÇALAMA PLANI


18-10-2011, 11:14
HAKİMİYYƏTİN MÜXALİFƏTİ PARÇALAMA PLANI

İQTİDAR CİNAHI RƏQİBLƏRİNƏ HƏLLEDİCİ ZƏRBƏNİ VURMAĞI PLANLAŞDIRIR

DİA.AZ: - Əslində bu ilin yaz aylarında ərəb ölkələrindəki inqilablardan ruhlanan Azərbaycan müxalifətinin zəif də olsa, güc nümayişinə qalxması hakim üşərgə üçün əməlli-başlı problemlər yaşada bildi. Hər halda, uğursuz sonluğa baxmayaraq, belə bir təəssürat yaranmış oldu ki, bu gün bir çoxlarının qınağına çevrilən müxaliflər istənilən zərurət anında ortaya tələb olunan müqavimət gücünü çıxrmağa hazırdırlar.

Təbii ki, belə bir halın mövcudluğu hakimiyyətin heç də ürəyincə deyil. “Dünya” İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) daxil olan məlumatlarda bildirilir ki, əslində birbaşa olaraq Rusiyadan gəlmiş siyasi texnoloqların rəhbərliyi altında hazırlanan 2 aprel aksiyası ilə bağlı plan da məhz müxalifətə həlleidici zərbənin vurulması marağına xidmət edirdi.

Mənbəmiz bildirir ki, amma yenə də müxalifət hətta bu halı ilə belə hakimiyyət üçün çox təhlükəlidir. Doğrudur, prezident İlham Əliyev bütün danışıqlarında, hətta «əl-Cəzirə» kanalına verdiyi son müsahibəsində də müxalifətin zəifliyini xüsusi olaraq vurğulayır. Amma buna baxmayaraq, müxalifətə qarşı nümayiş olunan aqressiyanın özü belə təsdiqləyir ki, iqtidar düşərgəsi rəqiblərindən çox ciddi şəkildə ehtiyatlanır və güman olunur ki, müxaliflərin hər zaman toparlanma şanslarının olması hakimiyyətin başlıca problemlərindən biridir.

Redaksiyamıza daxil olan informasiyalarda vurğulanır ki, məhz bu səbəbdən iqtidar düşərgəsi müxalifətə qarşı yeni təxribat planı hazırlayır: «Bu plana görə, müxalifət cnahında yeni parçalanma işi həyata keçirilməlidir. Hətta əvvəlki parçalanma dönəmlərində olduğu kimi yenə də olan-qalan fəal müxaliflərin ələ alınması üçün külli miqdarda vəsait ayrılıb».


Geri qayıt