Əsas Səhifə > Güney Press, Üçüncü sektor > QHT ƏMƏKDAŞLIQ ALYANSI ÜMUMİ YIĞINCAQ KEÇİRƏCƏK

QHT ƏMƏKDAŞLIQ ALYANSI ÜMUMİ YIĞINCAQ KEÇİRƏCƏK


31-05-2012, 11:09
QHT ƏMƏKDAŞLIQ ALYANSI ÜMUMİ YIĞINCAQ KEÇİRƏCƏK

DAHA 5 QHT ALYANSA QOŞULDU

DİA.AZ: - QHT Əməkdaşlıq Alyans Şurasının növbəti toplantısı keçirilib. İclasda ötən dövr ərzində görülən işlər, qərarların icra vəziyyəti, təşkilatı məsələ və Alyansın ümumi yığıncağın keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

DİA.AZ-a daxil olan məlumatda deyilir ki, şura əlaqələndiricisi İradə Yaqubova Alyansın gördüyü işlərlə bağlı Şuraya məlumat verib. Daha sonra Şura üzvü Rufiz Qonaqov ölkənin tanınmış bir sıra QHT-lərinin Alyansa üzv olmaqla bağlı müraciət etdiklərini Şuranın diqqətinə çatdırıb. O, bildirib ki, Alyans qısa müddət ərzində gördüyü işlərlə ictimai sektorda ciddi nüfuz qazanıb. Elə buna görə də Alyansa üzv olmaqla bağlı tanınmış, ictimai sektorda öz sözünü demiş QHT-lər üzv olmaq istəyir. İcra Katibliyi həmin müraciətlərdən bir neçəsini bu günki müzakirəyə təqdim etmək üçün sənədləri hazırlayıb. Hesab edirəm ki, biz bu müracətləri dəyərləndirməli və onların üzvlüyə qəbul olunmasını dəstəkləməliyik.

QHT Əməkdaşlıq Alyansı İcra Katibliyinin rəhbəri Rəfail Becanov müraciət edən təşkilatlarla bağlı Şuraya məlumat verərək bildirib ki, katibliyə daxil olan müraciətlər araşdırılır. Sənədləri hazır olan təşkilatların müraciətləri Şuraya çıxarılır. Müraciət edən təşkilatlardan hələlik 5-nin sənədləri tam hazırdır və bu gün həmin təşkilat rəhbərləri də Şura iclasına dəvət ediliblər. Ona görə də onların üzvülüklə bağlı müraciətlərinə müsbət yanaşılmasını Şuradan xahiş edirəm.

Daha sonra müraciət edən təşkilatların – “Əks-səda” Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi (sədr Sevinc Kərimova), “SAF Həyat Naminə” Gənclər İctimai Birliyinin (sədr Səbinə Abbasova), “Dünya” Ana və Uşaqlar İctimai Birliyinin (sədr Dünyaxanım Əliyeva), “Jurnalistlər Ekstremal Şəraitdə” İctimai Birliyinin (sədr Firuzə Əsədullayeva) və Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (sədr Gülsel Səfərova) rəhbərlərinin təşkilatları və fəaliyyətləri ilə bağlı məlumatları dinlənildi. Şuarnın qərarı ilə müraciətləri Şura iclasına çıxarılan təşkilatlar yekdilliklə Alyans üzvlüyünə qəbul edildi.

Daha sonra növbəti məsələ kimi ümumi yığıncağa hazırlıqıa bağlı məsələ müzakirə edildi. Şura üzvləri çıxışlarında bildirdilər ki, əslində Alyansın növbəti ümumi yığıncaının keçirilməsinə Əsasnaməyə görə bir il qalır. Amma Alyansa üzvlüklə bağlı müraciətlər, Alyansın yaranmasında iştirak etməyən QHT-lərin Alyansa üzv olmaları ilə bağlı yeni bir situasiya yaranır. Hesab edirik ki, QHT Əməkdaşlıq Alyansı demokratik prinsipləri özünün əsas prioriteti seçdiyindən, onların Alyansın idarəedilməsində təmsilçiliyi zəruridir. Bu səbəbdən də biz növbədənkənar ümumi yığıncağın keçirilməsinə qərar verməklə, Alyansın fəaliyyətdə olduğu dövr ərzində qəbul olunmuş üzvlərinin də seçim hüququnu təmin etmiş olarıq. Şura üzvü Rufiz Qonaqov bildirdi ki, deyilənləri əsas tutaraq, Alyansın növbədənkənar ümumi yığıncağının yaxın aylarda keçirilməsini təklif edirəm. Şura bu təklifi dəstəkləyərək, Alyansın ümumi yığıncağının payızda keçirilməsi ilə bağlı qərar qəbul etdi. Daha sonra ümumi yığıncağa hazırlıqla bağlı İşçi Qrupu yaradıldı.


Geri qayıt