Əsas Səhifə > Gündəm, Manşet > AZAD RƏHİMOVUN İSTEFASI TƏLƏB OLUNACAQ
AZAD RƏHİMOVUN İSTEFASI TƏLƏB OLUNACAQ18-10-2011, 11:28 |
RƏQİBLƏRİ NAZİRƏ QARŞI GƏNCLƏR TƏŞKİLATLARINI SƏFƏRBƏR EDİR DİA.AZ: - Gənclər və idman naziri Azad Rəhimova qarşı yeni kampaniya start götürə bilər. Bu barədə “Dünya” İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) iqtidar içindəki mötəbər mənbələr məlumat verib. Əldə etdiyimiz bilgilərə görə, artıq sözügedən istiqamətdə çox ciddi hərəkətlənmə var. Mənbə bildirir ki, dəfələrlə ayrı-ayrı mətbu orqanlar vasitəsilə Azad Rəhimova qarşı kampaniya aparan rəqibləri indi də prosesə ölkədə fəaliyyət göstərən bəzi gənclər təşkilatlarını cəlb etmək niyyətindədirlər: «Artıq iki gənclər təşkilatı bu işə qol qoyacağına razılıq verib. Burada məqsəd Azərbaycan tarixində ilk dəfə olaraq bir nazirin istefasının tələb olunması prosesinin qabardılmasından ibarətdir». Mənbə bildirir ki, bu vaxta qədər, məsələn, hansısa mədəniyyət xadimləri birliklərinin mədəniyyət nazirinin istefasını tələb etməsi halına rast gəlinməyib. Yəni ilk dəfə olacaq ki, gənclər onlarla bağlı istiqamətə rəhbərlik edən nazirin istefasını tələb etmiş olacaqlar. Mənbəmiz bildirir ki, bu hadisənin kifayət qədər cəlbeidici olması səbəbindən, bütün mətbu orqanların prosesə pulsuz şəkildə qoşulması da gözləniləndir: «Əgər bu vaxta qədər Azad Rəhimova qarşı materialların dərci üçün ayrı-ayrı mətbu orqanlara müəyyən məbləğdə pul ödənirdisə, indi prosesin cəlbeidiciliyi istər-istəməz mətbuatın bu məsələyə diqqət ayırması ilə nəticələnəcək». Onu da xatırladaq ki, Azad Rəhimovla bağlı rəqibləri mətbuatda da paralel olaraq kampaniya aparacaqlar: «Burada isə mövzu tamam başqadır. Söhbət nazirin futbol qumarına olan marağından gedir. Belə bir məlumat var ki, Azad Rəhimov futbol qumarında külli miqdarda pul uduzub». Geri qayıt |