Əsas Səhifə > Güney Press, Araşdırma > “GEN” MMC-YƏ QARŞI UNİKAL AKSİYA

“GEN” MMC-YƏ QARŞI UNİKAL AKSİYA


1-06-2012, 12:41
“GEN” MMC-YƏ QARŞI UNİKAL AKSİYA

BU DƏFƏ UŞAQLAR PA-NIN QARŞISINA YIĞIŞDILAR

Fırıldaqçı tikinti şirkətlərinin fəaliyyətindən zərər çəkən, külli miqdarda pul vəsaiti itirərək evsiz qalan istehlakçıların öz haqları uğrunda mübarizələri davam edir. Bu gün onların azyaşlı övladları Prezident Administrasiyasının qarşısında aksiya keçiriblər.

"Yeni Müsavat"ın əməkdaşı Emil Salamoğlunun hadisə yerindən verdiyi xəbərə görə, saat 12 radələrində öz valideynlərinin müşayiəti ilə ölkənin baş binasının qarşısına toplaşan azyaşlı zərərçəkənlər (əsasən GEN MMC tərəfindən aldadılanlar) dövlət başçısına ünvanlanan transparant qaldırıblar. "İlham əmi, bizim evimizi ver" yazılmış transparantlarla yanaşı uşaqlar eyni şüarı da səsləndiriblər.

Qeyd edək ki, bu gün Uşaqları Beynəlxalq Müdafiə Günüdür. Bu baxımdan müvafiq aksiyanın bu günə təyin edilməsi təsadüfi xarakter daşımır, eyni zamanda artıq zərərçəkənlərin səbrinin tükəndiyini göstərir.


Geri qayıt