Əsas Səhifə > Şou-biznes > MÜĞƏNNİMİZƏ GÖZ DƏYİB

MÜĞƏNNİMİZƏ GÖZ DƏYİB


1-06-2012, 12:50
MÜĞƏNNİMİZƏ GÖZ DƏYİB

SAMİR PİRİYEV DƏ NƏZƏRDƏN EHTİYAT EDİRMİŞ

Şou-biznes əhli geyimi, avtomobili, bahalı əşyaları ilə nə qədər göz qamaşdırsa belə, nəzərə gəlməkdən bir o qədər çox qorxur. Nəzərdən qorunmaq üçün hərə bir üsula əl atır.

Müğənni Samir Piriyev isə deyəsən, yaradıcılığı ilə gözə gəlib. Bir müddət əvvəl müxtəlif ölkələrin musiqiçiləri ilə öz musiqiçilərimizin birgə layihəsinin həllinə başlayan sənətçi bu ilin aprelində efirə çıxmalı idi. Lakin hətta anonsları da hazır olan layihə dayandı. Milli.Az-a danışan müğənni bəzi problemlərin məhz nəzərdən yarandığını istisna etmir.

"Qədimdən bizə gəlib çatan bəzi inanclar var. Nəzərin var olduğuna inanıram. Amma deyim ki, hər gün nəzərdən qorunmaq üçün nələrsə edirəm, yox. Sadəcə, son vaxtlar bəzi işlərimin həllində nəzərin də rol oynadığını gördüm. Hər bir işimiz hazır olan zaman sponsor problemi ortaya çıxdı. Halbuki, bunu problem olaraq gözləmirdik. Əgər işimiz axsamasaydı, layihə apreldən efirdə idi", - deyən S.Piriyev maneələri dəf edib. O, sentyabrda insanların qulağına yatan, sanballı musiqi layihəsini təqdim edəcəyini əminliklə söylədi:

"Anonsları Türkiyənin Trabzon, Qaradəniz və bəzi bölgələrindən apardığım çəkilişlərdən toplamışam. Yayın istilərini yola verək, yəqin ki, sentyabrın əvvəlindən anons yayıma başlayacaq. Efirə çox maraqlı bir sənət işi çıxaracam. Əslində, bu iş çox zəhmət tələb etdi. Bəzi işlərdə, demək olar ki, mən tək idim. Artıq məsələ 80 faiz həllini tapdı. Qalır xırda-para işlər ki, onu da yoluna qoyacam".


Geri qayıt