Əsas Səhifə > Güney Press, Reklam > “BAKCELL” YENƏ DƏ SEVİNDİRDİ

“BAKCELL” YENƏ DƏ SEVİNDİRDİ


1-06-2012, 12:54
“BAKCELL” YENƏ DƏ SEVİNDİRDİ

BU DƏFƏ QAZAX SAKİNLƏRİNİ

Bakcell şirkəti Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən Məzəm və Quşçu Ayrım kəndinin sakinləri ilə görüş keçirib. 28 may - Respublika Günü münasibətilə təşkil olunmuş görüşdə hər iki kəndin əhalisinə bayram sovqatı paylanıb. Bölgəyə səfər edən Bakcell nümayəndələri bildiriblər ki, ölkənin bütün ucqar ərazilərində, eyni zamanda sərhəd zonasında yaşayan əhalinin problemləri ilə həmişə yaxından maraqlanıblar.

Görüşün baş tutmasına Qızıl Aypara Cəmiyyəti də köməklik göstərib. Məzəmdə və Quşçu Ayrımda kəndlərində ümumilikdə 250 ailəyə gündəlik qida rasionuna daxil olan, ümumi çəkisi 10 kq olan ərzaq sovqatı paylanıb.

Qeyd edək ki, bir neçə ay öncə Quşçu Ayrım kənd sakinlərini bölgədə mobil rabitə problemi ilə əlaqədar Bakcell şirkətinə müraciət ediblər. Şirkət isə bu müraciəti nəzərə alaraq, qısa bir müddət ərzində Quşçu Ayrımda stansiya quraşdırıb. Artıq bir neçə aydır ki, ətraf kəndlərin əhalisi Bakcell-in təqdim etdiyi mobil rabitə xidmətinindən yararlana bilirlər.

Kənd sakinləri stansiyanın quraşdırılması ilə şəbəkə problemini aradan qalxması və eyni zamanda bayram günü onlara göstərilən bu qayğıya görə Bakcell-in bu səmimi münasibətini yüksək qiymətləndiriblər. Onlar deyiblər ki, bir neçə ay əvvələ kimi kənd sakinləri ciddi mobil rabitə problemləri ilə üzləşiblər, lakin ərazidə yeni stansiya quraşdırıldıqdan sonra bu problem tamamilə aradan qalxıb. Kənd sakinləri adından Bakcellə təşəkkür edən Süleyman Bədəlov deyib: “Qohumlarımın çoxusu Bakıda yaşayır. Əvəllər onlarla əlaqə yarada bilmirdik. İndi Bakcell sağ olsun, bizə bu sarıdan kömək etdi. O ki, qaldı bu günkü gəlişinizə sağ olun ki, bizi yad edib buralara qədər zəhmət çəkib gəlmisiniz “.


Geri qayıt