Əsas Səhifə > Partiya > ROLAND KOBİA ƏLİ HƏSƏNOVA CAVAB VERDİ
ROLAND KOBİA ƏLİ HƏSƏNOVA CAVAB VERDİ1-06-2012, 14:09 |
“BİZİM ONLARA GÖSTƏRIŞ VERMƏK HÜQUQUMUZ YOXDUR” “Avropa Birliyi ifadə azadlığının tərəfdarıdır. Ona görə də hər kəs nə istəyirsə, danışa bilər. Biz öz tərəfinizdən Əli Həsənovun qeydlərini nəzərə aldıq”. APA-nın xəbərinə görə, bunu Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobia Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun Avropa Parlamentinin və Avropa ölkələrinin ünvanına səsləndirdiyi tənqidi fikirlərə münasibət bildirərkən deyib. R. Kobia Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə də toxunub: “Bu, tamamilə müstəqil bir parlamentin qətnaməsidir. Bizim onlara göstəriş vermək hüququmuz yoxdur. Amma Avropa Birliyi Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir”. Geri qayıt |