Əsas Səhifə > Sosial, Manşet > ETİBAR ƏLİYEVİN ADAMINDAN NAZİRLƏRƏ ŞİKAYƏT

ETİBAR ƏLİYEVİN ADAMINDAN NAZİRLƏRƏ ŞİKAYƏT


4-06-2012, 12:04
ETİBAR ƏLİYEVİN ADAMINDAN NAZİRLƏRƏ ŞİKAYƏT

“TEXNİKABANK”IN “KREDO-AQRO” UZANTISI İLƏ BAĞLI ŞOK FAKTLAR

DİA.AZ: - Neçə müddətdir ki, olaraq “Kredo-Aqro”da cərəyan edən fırıldqaqlarla bağlı sizi məlumatlandırmaqdayıq. Onu da xatırladaq ki, bu qurumun xətti ilə çox təhlükəli cinayətlər həyata keçirilir, nəticədə vətəndaşlara külli miqdarda ziyan vurulsa da, kimsə haqq-hesab sormaq barədə düşünmür. DİA.AZ-a “Kredo-Aqro” Bak Olmayan Kredit Təşkilatının əməlləri ilə bağlı Leyla Zeynalova tərəfindən növbəti şikayət məktubu daxil olub.

Onu da bildirək ki, redaksiyamızla yanaşı Baş prokuror Zakir Qaralova, Daxili İşlər Naziri Ramil Usubova, Milli Təhlükəsizlik Naziri Eldar Mahmudova, Təhsil Naziri Misir Mərdanova, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadəyə ünvanlanan məktubda deyilir:

“Hörmətli Nazirlər və Rəsmilər biz dəfələrlə sizə "KredAqro" BOKT-un rəhbərliyində işləmiş Əsgərov Arzu Əsgər oğlunun diplomunn saxta olması barədə müraciət etsək də, nədənsə Mərkəzi Bankdan başqa heç bir aidiyyatı qurum araşdırma aparmayıb.

Düzdür, Mərkəzi Bankın müdaxiləsindən sonra saxta diploma görə Arzu Əsgərov "KredAqro" BOKT-an uzaqlaşdırılsa da, sonradan ona Cinayət Məcəlləsinin 320-ci maddəsiylə cinayət işi açılmadı (Maddə 320. Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə). Hətta Arzu Əsgərov onu ifşa edənlərin üzərinə "hücuma keçərək" “mənim qardaşım Azər Əsgərov (Azər Əsgərov Zakir Qaralovun bu ilin mart ayına kimi böyük köməkçisi olmuşdur, "Texnikabank"ın səhmdarı Etibar Əliyev tutulmamışdan 1 gün öncə Bakı şəhər prokuroruna 1-ci müavin təyin edilmişdir) Zakir Qaralovun ən yaxın adamıdı kim mənə nə edə bilər ki” deməklə hər kəsi yerində oturtmağa, kimsədən qorxmadığını bəyan etməyə başlayıb (özünün etirafına görə o diplomu 2007-ci ildə bağlanmış “San-Marino” Universitetinin keçmiş işçilərindən 1500$ alıb).

Əgər, kiminsə qardaşı rəhbər şəxsdirsə, onun məsuliyyətə cəlb olunmamasına qürurlanmamalıdır, çünki bu bizim kimi onun əməllərindən bezənlər də hakimiyətə qarşı inamsızlıq narazılıq yaradır.

Sizlərə bu məktubu yazmaqda məqsədimiz odur ki, onsuz da bilirik ki, onun haqqında heç bir tədbir görülməyəcək. Heç olmasa, onu tapşırılsın kı cəzasız qalması ilə qürurlanmasın. Düzdür, biz Azər Əsgərov haqqında müsbət sözlər eşidirik, bəlkədə hörmətli Azər məllimin Arzunun onun adından istifadə etməsindən xəbəri yoxdur”.

Onu da bildirək ki, daha sonra şikayətçi ittiham etdiyi tərəfi hədələyir ki, bu fikirlərə şəriklk etmədən diqqətinizə çatdırırıq: “Əgər Arzu Əsgərov qardaşının vəzifəsindən istifadə edərək öz əməllərinə davam etsə 2010-2011 ci ildə "KredAqro" BOKT-un sabiq sədri hal-hazırda "MolBulak" BOKT-un rəhbəri olan Eldar Cəfərovun sifarişi ilə həmin təşkilatın Abşeron fiiyalının müdiri olan zaman bilərəkdən, itirdiyi kredit qovluqları haqqında (7 ədəd qovluq hər biri 50.000-100.000 arası kreditlər), ""Texnikabank" ASC-ə məxsus "Alfa" Siğortayla əlbir olub problemli müştərilərin hesablarına pullar ödərtdirərək(kreditlər siğorta hesabına bağlansada bu barədə müştərilərə məlumat verilməmiş, təxminən bütün bölgələr üzrə 600.000AZn pul mənimsənilmişdir) mənimsəməsi ilə bağlı faktları mətbuat işçilərinə ötürməyə məcbur olacağıq”.

Qarşı tərəfi də dinləməyə hazırıq...


Geri qayıt