Əsas Səhifə > Şou-biznes > HÜSEYN DƏRYA NAXÇIVANDADIR

HÜSEYN DƏRYA NAXÇIVANDADIR


4-06-2012, 13:07
HÜSEYN DƏRYA NAXÇIVANDADIR

“SƏFƏRİM HƏM ZİYARƏT, HƏM TİCARƏT XARAKTERİ DAŞIYIR”

Qalmaqallı repçi Hüseyn Dərya haqqında yeni şayiələr gəzir. ANS PRESS-in məlumatına görə, hal-hazırda Naxçıvan MR-da olan repçinin təcili olaraq orada xəstəxanaya yerləşdirilməsi xəbərləri yayılıb. Xəbəri dəqiqləşdirmək üçün məşhur repçinin özü ilə əlaqə saxladıq. Hüseyn Dərya ANS PRESS-ə açıqlamasında xəbəri qismən təsdiqlədi:

"Mən may ayının 23-dən Naxçıvandayam. Buraya səfərim həm ziyarət, həm ticarət xarakteri daşıyır. Yəni, burada bir neçə çıxışlarım oldu. İndi isə "Duzdağ Fizioterapiya Mərkəzi"ndə müalicə alıram. Hər kəsə məlumdur ki, əvvəllər keçirdiyim xəstəliklərlə bağlı tənginəfəslikdən əziyyət çəkirəm. Başqa heç bir problemim yoxdur və təcili surətdə xəstəxanaya yerləşdirilməmişəm, sadəcə müalicə kursu keçirəm. Sentyabrda baş tutacaq konsertimdə tamaşaçıların qarşısına yaxşı görkəmdə çıxmaq üçün, burada olmağımdan istifadə edib sadəcə səhhətimi bərpa etmək istəyirəm", -deyə Hüseyn Dərya bildirib.


Geri qayıt