Əsas Səhifə > Güney Press, Araşdırma > KLİNTON BAKIYA “RAZBORKA”YA GƏLİR
KLİNTON BAKIYA “RAZBORKA”YA GƏLİR4-06-2012, 13:42 |
DÖVLƏT KATİBİ RƏSMİ BAKININ MÖVQEYİNİ DİNLƏYƏCƏK “Dövlət katibi Klintonun səfəri Cənubi Qafqazda gərginliyin artdığı bir vaxtda regionun ABŞ üçün əhəmiyyətini nümayiş etdirəcək”, deyə Cons Hopkins Universitetinin Transatlantik Əlaqələr Mərkəzinin elmi əməkdaşı Donald Yensen bildirib. Turanın Vaşinqton müxbiri ilə söhbətində o qeyd edib ki, səfərin əhəmiyyəti təkcə konkret razılaşmalardan deyil, terrorizmə qarşı mübarizənin ciddi müzakirəsindən, Qarabağ münaqişəsinin həlli üçün yolların axtarılmasından ibarətdir. “Həmkarım, International Herald Tribune-da səfir Uilyam Kortninin də qeyd etdiyi kimi, Vladimir Putinin Kremlə qayıtması regiondakı dinamikanı dəyişə bilər. Rusiya əvvəlki kimi Gürcüstan ərazilərinin 30%-ni işğal edir”, deyə Yensen bildirib. Klintonun Azərbaycana səfəri Vaşinqton və Bakı arasında gərginliyin aradan qaldırıldığını göstərir? Bu suala cavabda Yensen bildirib ki, ABŞ tərəfindən gərginlik Azərbaycanda insan hüquqları sahəsində daxili vəziyyətlə bağlıdır. Eyni zamanda, ABŞ Azərbaycanın regionda müttəfiq kimi əhəmiyyətini dərk edir. “Hər iki tərəf əməkdaşlığa ümid edirsə, bir-birinin maraqlarını nəzərə almağa çalışmalıdır”. Xarici siyasət sahəsində Klinton üçün Əliyev hökumətinin İran və Ermənistanla münasibətlərə verdiyi qiyməti, habelə Azərbaycanın Dağlıq Qarabağla bağlı vəziyyətdən çıxış yolu haqqında təkliflərini dinləmək maraqlı olacaq. Daxili məsələlər üzrə, Klinton, çox güman ki, Əliyev hökumətinin siyasi müxalifətə daha dözümlü olduğunun isbatını istəyəcək. “Onun ölkənin vətəndaş cəmiyyəti liderləri ilə görüşləri bu problemlərin ABŞ üçün ciddiliyini göstərməlidir”, deyə o əlavə edib. Klinton başqa nə tələb edəcək - demokratiya, energetika resursları, Əfqanıstandakı bazaların təchiz edilməsi məsələsində dəstək? Bu suala cavabda Yensen deyib ki, çox güman ki, Vaşinqton Azərbaycanla münasibətlərdə hansısa bir məsələni ayırmadan və ya üstün tutmadan, bu məsələlərə birgə baxır. “Vaşinqton Moskva ilə analoji dialoq aparır və burada bəzi əhəmiyyətli nailiyyətlər var”, deyə o qeyd edib. Geri qayıt |