Əsas Səhifə > Partiya > ARAZ ƏLİZADƏ, GÖRÜN, NƏ İLƏ QÜRURLANIR

ARAZ ƏLİZADƏ, GÖRÜN, NƏ İLƏ QÜRURLANIR


4-06-2012, 17:47
ARAZ ƏLİZADƏ, GÖRÜN, NƏ İLƏ QÜRURLANIR

"NƏ YAXŞI Kİ, XALQ CƏBHƏSİNİ DEVİRDİK"

Araz Əlizadə: "Görəndə ki, ölkədə hərc-mərclik baş alıb gedir, it yiyəsini tanımır, Azərbaycan dağılmağa doğru gedir, belə bir vəziyyətdə qərara aldıq ki, radikal müxalifət mövqeyinə keçməliyik"

Prezident Əbülfəz Elçibəyin köməkçisi işləyən Oqtay Qasımov 4 İyun qiyamı ilə bağlı açıqlama verərkən qeyd edib ki, o vaxtkı qiyamın baş tutmasında bir çox qüvvələr və siyasi partiyaların əli olub. O, eyni halda bildirib ki, 4 iyun qiyamı siyasi müxalifətlə, hərbi müxalifətin birləşməsi nəticəsində baş tutdu və bu proseslərdə Sosial Demokrat Partiyasının rəhbərliyi, yerli strukturları ciddi şəkildə canfəşanlıq etdilər.

Oqtay Qasımovun dedikləri ilə bağlı FaktXeber.com-a açıqlama verən ASDP sədri Araz Əlizadə, maraqlı fikirlər səsləndirdi. ASDP sədri qeyd etdi ki, vaxtı ilə Əbülfəz Elçibəy türk kanallarından birinə müsahibə verərkən onu devirən siyasi qüvvələr barədə məlumat açıqlamışdı: “Müxbir Əbülfəz Elçibəydən soruşanda ki, “sizi hansı siyasi qüvvələr devirdi?” O cavabında bildirdi ki, “ölkədə iki siyasi müxalif qüvvə var. Güclü AMİP və heç bir nüfuzu olmayan və çox zəif ASDP. Bizi ASDP devirdi.” Bu cavabdan sonra müxbir gülərək dedi ki, “heç bir nüfuzu və gücü olmayan partiya sizi necə devirə bilər?””

Araz bəy sonra qeyd etdi ki, Xalq Cəbhəsinin hakimiyyəti dövründə onlara qarşı konstruktiv müxalifətdə olublar: “Lakin biz görəndə ki, ölkədə hərc-mərclik baş alıb gedir, it yiyəsini tanımır, Azərbaycan dağılmağa doğru gedir, belə bir vəziyyətdə qərara aldıq ki, radikal müxalifət mövqeyinə keçməliyik.”

Xalq Cəbhəsinə müxalif mövqedə olduqlarını inkar etmədiklərini söyləyən partiya sədri, “çox yaxşı ki, biz qalib gəldik. Əks halda, hazırda Azərbaycan adlı bir dövlət yox idi”, - deyə bildirdi.


Geri qayıt