Əsas Səhifə > Dünya > İORDANİYA BƏŞƏR ƏSƏDƏ KÖMƏK EDİB

İORDANİYA BƏŞƏR ƏSƏDƏ KÖMƏK EDİB


5-06-2012, 13:38
İORDANİYA BƏŞƏR ƏSƏDƏ KÖMƏK EDİB

"AZAD SURİYA ORDUSU" DƏSTƏKSİZ QALIB

İordaniya xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat nəticəsində Suriyaya qeyri-qanuni yolla keçmək istəyən silahlı qruplaşma zərərsizləşdirilib. Trend-in məlumatına görə, bu barədə Qətərin Əl-Cəzirə telekanalı məlumat verib.

Telekanalın xəbərinə görə, silahlı dəstə üzvləri Suriyaya keçərək "Azad Suriya Ordusu"na qoşulmaq istəyində olublar.

BMT nin verdiyi rəsmi açıqlamaya görə, Suriyada münaqişələrin başladığı gündən etibarən ölənlərin sayı 10 min nəfəri keçib, 200 min nəfər isə evlərini tərk etmək məcburiyyətində qalıb.

Geri qayıt