Əsas Səhifə > Partiya > “ƏLİ HƏSƏNOVUN ÇIXIŞI GÖSTƏRİR Kİ”...
“ƏLİ HƏSƏNOVUN ÇIXIŞI GÖSTƏRİR Kİ”...5-06-2012, 15:04 |
“İQTİDAR DİALOQA HAZIR DEYİL” Prezident Admnstrasiyasının şöbə müdiri “Əli Həsənovun Avropa ölkələri ilə bağlı verdiyi açıqlamaya Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Tahir Abbaslı münasibət bildirib. Onun fikrincə Əli Həsənovun bu çıxışı iqtidarın əndişəsindən irəli gəlir: Onun “Nətər olur 40 il, 50 ildir Misir Avropanı qane edirdi, indi qane etmir? Nətər olur 3-5 il əvvəllər Qaddafidən yardım alan dövlətlər onun üzərinə təyyarə göndərdilər? Bilirsiniz, bu siyasətin hamısının yeri var. Biz Azərbaycan olaraq BMT Təhlükəsizlik Şurasına bilavasitə rəhbərlik edən dövlətik. Dünya siyasətinin formalaşmasında iştirak edirik. Amma dövlətin, xalqın, millətin üzərinə bu qədər namərdcəsinə gəlmək olmaz” fikirləri belə deməyə əsas verir. Bu mənada Əli Həsənovun açıqlamasına ölkəmizdə aparlan 18 illik siyasətin nəticəsi kimi baxmaq lazımdır. Tarix göstərir ki, “burda mənəm Bağdada kor xəlifə” şüarı ilə yaşayanların aqibətləri acnacaqlı olur”. AİDP sədrinin fikrincə iqtidar təmsilçisinin Qərb (Avropa) və İranla bağlı daha sərt açıqlama verməsi isə arxayın olduqları güclərlə aparılan siysətdə də uduzduqlarını ortaya qoyur: “Əli Həsənov həmişə olduğu kimi, bu dəfə də təəssüflər olsun ki, özlərindən başqa hamıda səhv və günah olduğunu dilə gətirdi. Əli Həsənovun dediyindən belə çıxır ki, Azərbaycanın eyiblərindan danışmaq düzgün deyil, hətta namərdlikdir. Təbii ki, bu yanlış yanaşmadır. Baxın, müxalif fəallar həbsdədir, sərbəst toplaşma azadliğı yoxdur, mülkiyyət hüququ pozulur, 18 ildir hakimiyyətədirlər orta aylıq maaş hələ də qəpik quruşdur, ölkədə inhisarçılıq baş alıb gedir və s. Belə olan halda kimin namərd olduğu bir qədər sual doğurur”. PA-nın siyasət şöbəsini açıqlamasını acıqlı münasibət kimi qiymətləndirən T. Abbaslinin fikrincə belə bir dönəmdə hamıya qarşı hücuma keçmək ölkədə düşmənçiliyi daha da qızışdırmağa xidmət edəcək: “Bu çıxışda müxalifətə, dindarlara qarşı, eləcə də regionçuluq kimi təhlükəli fikirlər var. Bu açıq-açığına o deməkdir ki, iqtidar hələ də heç kiminlə dialoq və razılaşmaya hazır deyil. Məni ən çox narahat edən bu çıxışdan sonra xalqımıza və dövlətçiliyimizə divan tutmağa hazır olan qüvvələrin aktivləşəcəyidir”. AİDP sədri deyib ki, islamçı demokrat olaraq dəfələrlə hakimiyyəti düşünməyə, xalqla hesablaşmağa, onlarla daim təmasda olub qayğısına qalmağa dəvət etsələr də əksi baş verib: “Məncə iqtidar cəmiyyətin, dövlətçiliyin sabahını düşünən qüvvələrin fikirlərini görməzdən gəlməyin cəzasını dadır”. Geri qayıt |