Əsas Səhifə > Partiya > SABİR RÜSTƏMXANLININ ADAMI HƏBS OLUNDU

SABİR RÜSTƏMXANLININ ADAMI HƏBS OLUNDU


5-06-2012, 16:31
SABİR RÜSTƏMXANLININ ADAMI HƏBS OLUNDU

O DA POLİSƏ MÜQAVİMƏT GÖSTƏRİB

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Abşeron rayon təşkilatının sədri həbs edilib.

VHP-dən APA-ya verilən məlumata görə, Abşeron rayon təşkilatının sədri, Masazır bələdiyyəsinin üzvü Niyaz Qubadov iyunun 3-də axşam saatlarında saxlanılıb. Abşeron rayon Polis İdarəsinin əməkdaşları N. Qubadovun evində axtarış aparıblar. Buna etiraz edən N. Qubadov polislərdən axtarış ordenini göstərmələrini tələb edib və onların arasında mübahisə düşüb. Nəticədə N. Qubadov polisə müqavimət ittihamı ilə saxlanılaraq idarəyə aparılıb. Bazar günü gecə saat 22:00 radələrində Abşeron rayon Məhkəməsi N. Qubadovu polisə müqavimət göstərməsi ittihamı ilə 10 sutka cəzaya məhkum edib.

VHP-nin Siyasi Şurası N. Qubadovun həbs olunması ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, N. Qubadovun həbsi qeyri-qanunidir.

Abşeron Rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, N. Qubadov polisə müqavimət göstərdiyi üçün inzibati qaydada 10 günlük həbsə məhkum edilib.


Geri qayıt