Əsas Səhifə > Güney Press, Üçüncü sektor > TQDK SƏDRİ MİSİR MƏRDANOVUN “2”LƏRİNİ BOL EDİB
TQDK SƏDRİ MİSİR MƏRDANOVUN “2”LƏRİNİ BOL EDİB6-06-2012, 12:00 |
MƏRDANOVUN YETİŞDİRDİYİ ŞAGİRDLƏRİN NƏTİCƏLƏRİ İyunun 2-də keçirilən XI siniflərin buraxılış imtahanında iştirak edən 25204 nəfər şagirddən 278 nəfəri “Ana dili”, 648 nəfəri isə “Riyaziyyat” fənnindən “2” qiymət alıb. APA-nın xəbərinə görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, imtahanda iştirak edən 4987 şagird “Ana dili”ndən, 4226 şagird isə “Riyaziyyat” fənnindən “5” alıb. “Ana dili”ndən 9999 şagird, “Riyaziyyat”dan 10842 şagird “3”, “Ana dili”ndən 9940 şagird, “Riyaziyyat”dan isə 9488 şagird “4” qiymət alıb. M. Abbaszadə bildirib ki, iyunun 3-də keçirilən IX siniflərin buraxılış imtahanında iştirak edən 35026 şagirddən 1265 nəfəri “Ana dili”ndən, 2400 nəfəri “Riyaziyyat”dan “2”, 5089 nəfəri “Ana dili”ndən, 4624 nəfəri “Riyaziyyat”dan “5”, 17202 şagird “Ana dili”ndən, 19436 nəfər “Riyaziyyat”dan “3”, 11470 şagird “Ana dili”ndən, 8566 şagird isə “Riyaziyyat”dan “4” alıb. İyunun 2-də keçirilən imtahanda kəsilən şagirdlər imtahanda iştirak edən şagirdlərin 3,41 faizini, iyunun 3-də keçirilən imtahanda "2" qiymət alanla isə həmin imtahanda iştirak edənlərin 9,28 faizini təşkil edir. Geri qayıt |