Əsas Səhifə > Şou-biznes > ANASI ÇIXAN AĞACI BALASI BUDAQ-BUDAQ GƏZƏR

ANASI ÇIXAN AĞACI BALASI BUDAQ-BUDAQ GƏZƏR


6-06-2012, 12:33
ANASI ÇIXAN AĞACI BALASI BUDAQ-BUDAQ GƏZƏR

RƏQSANƏNİN QIZI TANINMAQ İSTƏYİR

Son aylar anası Rəqsanə qədər diqqət mərkəzində olan Aysun İsmayılovanın adı ən çox müzakirə olunanlar sırasındadır.

Moda evi açacağını bəyan edilən Aysunun geyimləri, tərzi müzakirə mövzusudur. Hətta onun tikdiyi geyimləri başda anası olmaqla bəzi ünlülər bəyənərək geyinirlər. Onun şəxsi həyatı ilə maraqlananlar da az deyil. Hazırda 16 yaşı olan Aysun şəxsi həyatı haqqında nə isə danışmağın tez olduğunu Milli.Az-a bildirdi.

«Hələ ki, karyeram üzərində dayanmışam və şəxsi həyatımı gündəmə gətirmək istəmirəm. Ona görə də ətrafımdakılar mənə bu nöqteyi-nəzərdən yanaşırlar. Özəl bir təklif almamışam. Bir də, rəfiqəm də yoxdur, əvvəlcə insanları tanımağa çalışıram», - deyən Aysun Rəqsanə xanımın qızı olmasından qürur duyur. Amma anasının qızı kimi tanınmasını qarşısına məqsəd qoymayıb:

«İstəyirəm ki, mənə anama görə yox, özümə görə hörmət qoysunlar. Qürur duyuram ki, arxamda Rəqsanə kimi tanınmış hörmətli anam var. Anamın mənə mühafizəsi yetərlidir. Amma karyeramda özümü təsdiqləməliyəm. Ona görə də tezliklə möhtəşəm bir tədbiri, işimin bəhrəsini görəcəksiniz».


Geri qayıt