Əsas Səhifə > Partiya > SABİR RÜSTƏMXANLI SƏRT DAVRANIR

SABİR RÜSTƏMXANLI SƏRT DAVRANIR


6-06-2012, 13:04
SABİR RÜSTƏMXANLI SƏRT DAVRANIR

“HEÇ KİM YAXASINI KƏNARA ÇƏKƏ BİLMƏYƏCƏK”

“Azərbaycan Dil Qurumu” İctimai Birliyi “Dövlət dili haqqında” Qanunun tələblərini pozan dövlət və özəl müəssisələrin hüquqi qaydada cəzalandırılması üçün məhkəməyə müraciət edib. Məhkəməyə çəkilən ilk şirkətlər isə “AGA Center” və “Bazar Store” oldu. Modern.az saytına açıqlamasında “Azərbaycan Dil Qurumu” İctimai Birliynin sədri Sabir Rüstəmxanlı prosesin davam etdiriləcəyini dilə gətirib.

“İndi onlarla restoran, dükan və digər kommarsiya-iaşə obyektinə qarşı iddia sənədlərini hazırlayıb məhkəməyə verəcəyik. Çünki təkcə Bakıda onlarla müəssisə var ki, “Dövlət dili haqqında” Qanuna hörmətsizlik edir. Təkcə reklam yazıları və lövhələrində deyil, eləcə də obyetlərlərin adlarının yazılışında da bu müşahidə olunur. Məsələn, yaxın günlərə qədər Azadlıq prospektində olan bəzi obyektlərin adları Azərbaycan dilində idi, indi nədənsə hamısı xarici dildədir. Şadlıq evlərinin və digər xidmət müəssisələrinin adlarını da qüsurlu sayıram. Ümumiyyətlə, Azərbaycana aidiyyatı olmayan adların yazılmasını düzgün saymıram. Baxın, neçə yerdə “divar kağızı” yerinə “oboy” yazılıb. Biz “Dil Qurumu” olaraq ardıcıl şəkildə bu məsələləri müzakirə edirik və televiziya kanalların ilə birgə layihələrimiz olur”.

S.Rüstəmxanlının sözlərinə görə, Azərbaycan dilinə qarşı hörmətsizliyin bir sıra səbəbləri var və onların da hamısını saymaq mümkün deyil. “Amma bunu bəzi adamların bunu milli təəssübkeşliyin aşağı olmasından, ya da qəsdən eləməsi də bəlli olmur. Təşkilatımız ardıcıl olaraq Bakıda küçə, restoran, dükan və s. obyektlərin adları ilə bağlı məhkəmə davaları qaldırmaq fikrindədir. Çünki dəfələrlə xəbərdarlıq edilsə də, qanunun tələblərinə əməl edən yoxdur“, – deyə millət vəkili bildirib.


Geri qayıt