Əsas Səhifə > Güney Press, Araşdırma > BÜLBÜLƏNİN AXUNDUNA HÖKM OXUNDU

BÜLBÜLƏNİN AXUNDUNA HÖKM OXUNDU


6-06-2012, 13:07
BÜLBÜLƏNİN AXUNDUNA HÖKM OXUNDU

HACI SƏXAVƏT NARKOTİKDƏ İTTİHAM OLUNUR

İyunun 6-da ruhani, Bakının Bülbülə qəsəbəsindəki Ağabalabəy məscidinin axundu Hacı Səxavət Əliyevə hökm oxunub. “İslamazeri.az” saytı xəbər verir ki, Suraxanı Rayon Məhkəməsi ruhaniyə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib.

Səxavət Əliyev fevral ayında həbs olunub. O, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamaq) ilə ittiham olunur.

Geri qayıt