Əsas Səhifə > Güney Press, Üçüncü sektor > DAHA BİR QURUM MÜHARİBƏ HƏYƏCANINI AÇIQLADI
DAHA BİR QURUM MÜHARİBƏ HƏYƏCANINI AÇIQLADI7-06-2012, 11:57 |
BEYNƏLXALQ BÖHRAN QRUPUNDAN İLGİNC MÖVQE Beynəlxalq Böhran Qrupunun Avropa proqramının direktoru, doktor Sabina Freyzer Turan agentliyinin xahişilə ABŞ dövlət katibi Hillari Klintonun Yerevan və Bakıya səfərini şərh edib. “Çox müsbət haldır ki, Hillari Klinton Cənubi Qafqaz ölkələrinin hər birində Dağlıq Qarabağ münaqişəsi mövzusunu qaldırıb. Bu, Ermənistanla Azərbaycan arasında toqquşmalar barədə məlumatların daxil olması fonunda baş verib. Bu toqquşmalar zamanı erməni tərəfdən üç, Azərbaycan tərəfdən beş əsgər həlak olub. Bütün bunlar ondan xəbər verir ki, vəziyyət olduqca gərgindir”, - Freyzer vurğulayıb. “ATƏT-in Minsk Qrupuna və 2011-ci ilin yayında Azərbaycanla Ermənistan prezidentlərinin Kazan görüşünə olan ümidlər özünü doğrultmadı və atəşkəs rejiminin pozulması genişlənir. Vəziyyətin nəzarətdən çıxa bilməsi təhlükəsi var, Ermənistanla Azərbaycan isə hər itkiyə görə qisas almaq üçün atəşə başlaya bilər. Lakin əgər bu baş verərsə, tərəflərə uçurumun kənarından çəkilmək və ya müharibəni tez udmaq çox çətin olacaq”, - o bildirib. Hillari Klinton Bakıda deyib: “Mən hər iki prezidentə vəd etmişəm ki, münaqişənin həllinin tapılmasına və bu faciəvi vəziyyətdə ölümə son qoyulmasına öz dəstəyimi verəcəyəm”. “Bu, dövlət katibinin sülh axtarışında iştirak etmək niyyətini açıq şəkildə bəyan etməsi ilə bağlı ilk haldır. Bu, çox müsbət bəyanatdır”, - Freyzer qeyd edib. 2008-ci ilin payızından Rusiya, xüsusilə də keçmiş prezident Medvedev danışıqlar prosesində aparıcı rol oynayıb. Rusiyada seçkilərdən, həmçinin Rusiyanın sazişi təmin etməyə qadir olmamasından sonra ABŞ, Rusiya və Aİ-nin vasitəçilik səyləri üzrə əməkdaşlıq etməsi lazımdır. “Ümid edirəm ki, indi ABŞ daha mühüm rol oynayacaq”, - ekspert vurğulayıb. “Ən sonda Azərbaycan və Ermənistan özləri sülh sazişini istəməlidir. Bu, ABŞ, Aİ və Rusiya tərəfindən qəbul etdirilməməlidir. Son günlər baş verən ölüm halları gələcək itkilərin başlanğıcı olmamalıdır” və bunlar açıq şəkildə göstərir ki, silahlı münaqişənin bərpası hər iki tərəfdən ciddi itkilərə səbəb olacaq. Münaqişəni asan başa vurmaq və tez qələbə çalmaq ümidi ilə başlamaq olmaz. Əgər döyüşlər yenidən başlayarsa, uzun müddət davam edə bilər və daha geniş əraziyə keçə bilər. Hətta Gürcüstanda da hiss edirlər ki, müharibə başlayarsa, onlar da əziyyət çəkəcəklər. Hazırda dinc nizamlanmanın yolunu tapmaq üçün qonşularla və böyük dövlətlərlə iş aparmaq üçün münasib vaxtdır. İşğal olunmuş bir və ya iki rayonun azad edilməsi, məcburi köçkünlərin ora qaytarılması bu prosesin başlanğıcı ola bilər”, - Sabina Freyzer bildirib. Geri qayıt |