Əsas Səhifə > Partiya > AKİF NAĞI POLİSƏ APARILDI

AKİF NAĞI POLİSƏ APARILDI


7-06-2012, 12:00
AKİF NAĞI POLİSƏ APARILDI

POLİS QAT SƏDRİNİ BELƏ ZƏRƏRSİZLƏŞDİRİR

Xəbər verdiyimiz kimi Qarabağ Azadlıq Təşkilatı (QAT) iyunun 7-də saat 12:00-da BMT-nin Bakıdakı nümayəndəliyi qarşısında etiraz aksiyası keçirəcəkdi.

Aksiyanın başlamasına bir neçə saat qalmış Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı polisə aparılıb. Məsələ ilə bağlı Qarabağ Azadlıq Təşkilatı ilə əlaqə saxladıq. Təşkilatdan FaktXeber.com bildirdilər ki, bu gün səhər saatlarında Binəqədi Rayonu Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları ofisə gələrək Akif Nağını Bakı Şəhər Baş Polis İdarəsinə aparıblar.

Qeyd edək ki, bu gün keçirləcək aksiyada Minsk qrupunun buraxılması, Ermənistanın işğalçı dövlət kimi tanınması və ona qarşı sanksiyaların tətbiq olunması, cəbhə xəttində Azərbaycan əsgərlərini qətlə yetirməkdə davam edən işğalçı Ermənistan rejiminə qarşı dərhal təsirli tədbirlərin görülməsi tələbləri ilə səsləndiriləcək.


Geri qayıt