Əsas Səhifə > Güney Press, Araşdırma > MƏTBƏƏÇİLƏR ÇOX SAXLANILMADI

MƏTBƏƏÇİLƏR ÇOX SAXLANILMADI


7-06-2012, 12:05
MƏTBƏƏÇİLƏR ÇOX SAXLANILMADI

“PARLAYAN GÜNƏŞ”İN İŞÇİLƏRİ AZADLIĞA BURAXILIB

“İslamazeri.az” saytının məlumatına görə, “Parlayan Günəş” nəşriyyatının əməkdaşları Nurman Şahmərdanlı, İsmayıl Süleymanov, Qabil Şahmərdanov, həmçinin Rizvan İsmayılov iyunun 6-sı saat 23:15 radələrində azadlığa çıxıblar.

Nəşriyyat işçiləri İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsi ilə (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) ittiham olunmuşdular. İyunun 1-də Nizami Rayon Məhkəməsi onları 5 sutkalıq inzibati həbs cəzasına məhkum etmişdi. Onlar DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanırdı.

Geri qayıt